Bakı. Trend:
Azərbaycan torpaqlarının işğalına son qoyarsa, Türkiyə Ermənistanla sərhədləri açacaq.
Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Mehmet Şimşək İstanbulda NATO Parlament Assambleyasının 62-ci sessiyasında deyib.
Sessiya iştirakçılarından birinin "niyə Ermənistanla sərhədi açmırsınız" sualına cavab olaraq M.Şimşək diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib.