...

"Azergold": Kəlbəcərdə qızıl yataqlarında Ermənistan tərəfindən qanunsuz fəaliyyətin dayandırılması üçün iş aparılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2018 17:57 (UTC +04:00)
Ermənistan beynəlxalq şirkətlərlə birgə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarında qanunsuz hasilatı davam etdirir
"Azergold": Kəlbəcərdə qızıl yataqlarında Ermənistan tərəfindən qanunsuz fəaliyyətin dayandırılması üçün iş aparılır

Daşkəsən. Taleh Mürsəqulov - Trend:

Ermənistan beynəlxalq şirkətlərlə birgə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarında qanunsuz hasilatı davam etdirir.

Trend-in məlumatına görə, bunu “Çovdar” qızıl yatağında keçirilən mediatur zamanı “Azergold” QSC-nin İdarə heyəti sədrinin müavini Oqtay Məmmədov deyib.

O.Məmmədov bildirib: “Biz istəyirik ki, Kəlbəcərdə yataqların qanunsuz işlənməsi məsələsi beynəlxalq normalar çərçivəsində hüquqi müstəvidə həllini tapsın. Bununla bağlı müvafiq informasiya Azərbaycan Baş Prokurorluğuna verilib. Bu istiqamətdə iş aparılır və yaxın zamanlarda ictimaiyyətə məlumat veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti