...

Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2020 15:48 (UTC +04:00)
Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilir (FOTO)

Bakı. Trend:

Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilir.

Bunu Trend-ə gürcüstanlı ekspert Quram Marxuliya deyib.

Onun sözlərinə görə, gürcü ictimaiyyət nümayəndələri, professorlar Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Aksiyada həmçinin azərbaycanlılar və KİV nümayəndələri iştirak edir.

Ekspert əlavə edib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir:

“Yerevanda ciddi cəhdlə Gürcüstan və Azərbaycan xalqlarını küsdürməyə çalışırlar. Amma onlarda heç nə alınmayacaq. Gürcüstan və Azərbaycan geosiyasi müttəfiqlərdir. Biz inkişaf edirik, Tbilisi ilə Bakının birgə layihələri var, amma Yerevan öz yerində sayır. Ermənistanda qonşularla düşmənçiliyin, qonşulara ərazi iddialarının özlərin ziyan olduğunu başa düşməyənədək, bu, belə də olacaq”.

Xəbər lenti

Xəbər lenti