...

Pakistanlı senator: Azərbaycan Ermənistanın təcavüzünə qarşı özünümüdafiə hüququndan istifadə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 15:01 (UTC +04:00)
Pakistanlı senator: Azərbaycan Ermənistanın təcavüzünə qarşı özünümüdafiə hüququndan istifadə edir

Bakı. Trend:

Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri Senator Müşahid Hüseyn Seyyid tərəfindən rəsmi tvitter hesabında Azərbaycana dəstək ifadə edən paylaşım edilib.

Trend-in məlumatına görə, paylaşımda deyilir: “Pakistan, Azərbaycanın Ermənistanın təcavüzünə qarşı özünümüdafiə hüququndan istifadə etdiyi üçün hər zaman bu ölkənin yanında olub, necə ki, Azərbaycan da Cəmmu və Kəşmir əhalisinin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı Pakistanın mövqeyini dəstəkləyir. Hər iki məsələ ilə bağlı BMT qətnamələri hələ də icra edilməyib.”

Pakistanın əsas müxalifət partiyalarından biri olan Jamiat Ulama İslamın rəhbəri Maulana Fazlurrahman tərəfindən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadəyə ünvanlanmış məktubda isə deyilir: “Jamiat Ulama İslam Pakistan erməni təcavüzünə qarşı hazırkı müharibədə qardaş Azərbaycan hökumətinə, xalqına və silahlı qüvvələrinə tam dəstəyini çatdırır. Jamiat Ulama İslamın Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna, Azərbaycanın öz ərazilərinə hakim olmaq və xarici qüvvələri öz torpağından çıxarmaq üçün qanuni hüquqa sahib olduğuna inamı qətidir. Hazırkı vəziyyətdə Pakistan Azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanır və ən əziz dostumuz olan igid Azərbaycan xalqının Prezidentinə və xalqına tam dəstəyini ifadə edir. Cəsur Azərbaycan xalqını təcavüzkar Ermənistana qarşı şücaətli müharibəyə görə yüksək təqdir edirik.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti