...

Ermənistanın təcavüzü ilə bağlı dünya gender mərkəzlərinə müraciət edildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2020 15:01 (UTC +04:00)
Ermənistanın təcavüzü ilə bağlı dünya gender mərkəzlərinə müraciət edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Qadınlar Şurası Dünya Gender mərkəzlərinə, Dünya Qadın İctimai birliklərinə müraciət edib.

AMEA Qadınlar Şurasının sədri Rəna Mirzəzadə Trend-ə bildirib ki, müraciətdə Ermənistanın Azərbaycan torpaqlarının 20%- ni işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlının tarixi torpaqlarından vəhşicəsinə qovulduğu, məcburi köçkün və qaçqına çevrildiyi qeyd edilib:

"Qarabağ torpaqlarının işğalı zamanı yüz minlərlə qadın və uşaq əsir götürülmüş, təcavüzə uğradılmış, yandırılmış, Xocalı genosidi zamanı başları kəsilmiş, hamilə qadınlar xüsusi qəddarlıqla öldürülmüşdür. Erməni işğalçılılarının insanlara, xüsusilə qadın və uşaqlara qarşı törətdiyi vəhşi və qəddar hərəkətlər insanlığa sığmır və insan hüquqlarına birbaşa ziddir. 1994-cü ildə tərəflər arasında əldə olunmuş atəşkəsə baxmayaraq, Ermənistan Respublikası silahlı qüvvələri atəşkəs rejimini mütəmadi pozmuş, nəticədə mülki əhali, eləcə də uşaqlar və qocalar arasında çoxsaylı itkilər baş vermişdir. Hazırda da dünya ölkələrinin Covid-19 pandemiyası ilə mübarizəsi dövründə Ermənistan Respublikası silahlı qüvvələrinin atdığı raket mərmiləri xeyli sayda mülki əhalinin, o cümlədən, qadınların, məktəbli uşaqların və körpələrin ölümünə səbəb olmuşdur".

R.Mirzəzadə gender təşkilatlarına müraciət edərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər tezdən başladığı yeni təcavüz sülh danışıqlarının səmərəsizliyini bir daha sübut etdi. Azərbaycan ordusu işğalçı qüvvələrin geriyə otuzdurulması üçün əks-hücuma keçdi:

"Biz qətiyyətlə bildiririk ki, Azərbaycan xalqı 30 ildən çox davam edən bu təcavüzlə heç bir zaman barışmayacaq. İnanırıq ki, Sizlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində düzgün mövqe tutacaq, ermənilərin saxta təbliğatına inanmayacaqsınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti