...

Ermənistanın hərbi-siyasi rəhbərliyi humanizm prinsipinə hörmətsizlik edir - Hüquqşünas

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2020 13:56 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirir, beynəlxlq qanunvericiliyi, Cenevrə konvensyalarının tələblərini kobud şəkildə pozur.

Bunu Trend-ə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov deyib.

Onun sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kimi, 1949-cu il Cenevrə konvensiyalarının tələblərini də nəzərə almır. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin, tibb işçilərini məqsədli atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir. Beynəlxalq qurumların ermənilərin hərbi cinayətlərinə göz yumması isə narahatlıq doğurur.

Hüquqşünas qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək:

"Məlumdur ki, Azərbaycan Ordusunun işğalçı Ermənistanın hərbi birləşmələrinə endirdiyi ağır zərbələr və keçirilən əməliyyatlar ermənilərin təşvişinə səbəb olub. Lakin Azərbaycanda vətəndaşların yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirməklə milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər".

H.Qurbanov qeyd edib ki, Azərbaycanın beynəlxalq hüquqa əməl edərək, öz erməni əsilli vətəndaşlarının təhlükəsizliyini qorumağa da haqqı və hüququ var.

Alim əlavə edib ki, ordusunda fərarilik geniş yayıldığı üçün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz əsgərlərini xidmət keçdiyi yerə qandallayaraq onu döyüşməyə məcbur edir, həmçinin döyüşmək istəməyənlərə qarşı cəza dəstələrindən istifadə edirlər. Bu isə həm insan hüquqlarının kobud şəkildə pozulması, həm də Ermənistanın rəhbərliyinin çarəsizliyinin nümünəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti