Martın 13-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn ilə görüşüb.
Trend in məlumatına görə, görüşün sonunda S.Mənn bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesi müzakirə olunub və "görüş səmərəli keçib".
Diplomat həm də bildirib ki, ABŞ dövlət katibinin Bakıya səfərə gələn müavini Daniel Frid ilə görüşmək üçün hava limanına gedir və apardığı danışıqlarla bağlı ona məlumat verəcək.
S.Mənnin sözlərinə görə, bu gün Azərbaycanın XİN başçısı ilə daha bir görüş keçiriləcək.