...

Sabah Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar aparılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2006 12:45 (UTC +04:00)

Sabah Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə iyunun 12-də İrəvanda Ermənistan XİN başçısı Vardan Oskanyan bəyan edib.

Mediamaks agentliyinin məlumatına görə, İrəvanda keçirilmiş mətbuat konfransında çıxışında V.Oskanyan bildirib ki, sabahkı danışıqların formatı və gündəliyi hələlik tam müəyyən olunmayıb.

"Məlum olduğu kimi, Azərbaycan və Ermənistan prezidentlərinin Buxarestdə keçirilmiş sonuncu görüşü heç bir nəticə verməyib.

Düşünürəm ki, biz Parisdə prezidentlərin razılığa gələ bilmədiyi məsələdə mövqelərimizi yaxınlaşdırmağa çalışacağıq. Biz dəfələrlə demişik ki, bu gün münaqişənin müzakirə olunan həlli variantı müsbət elementlərlə zəngindir. Xüsusilə biz əvvəllər maneə olan məsələlərlə bağlı razılığa gələ bilmişik. Beləliklə, hesab edirik ki, mövcud əlverişli məqamdan faydalanmaq üçün səy göstərməliyik", - deyə V.Oskanyan bəyan edib.

Paris danışıqlarının nəticələrini qabaqcadan söyləməkdə çətinlik çəkən nazir qeyd edib ki, bu görüşün əsas məqsədi "Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün keçirilməsi üçün şəraitin yaradılmasından ibarət olacaq".

Xəbər lenti

Xəbər lenti