...

ATƏT nümayəndəsi Ermənistanın işğal etdiyi ərazilərdəki yanğınlar üzrə Azərbaycan XİN-ə hesabat təqdim edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2006 13:54 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin işğal olunmuş ərazilərindəki yanğınlar üzrə hesabatı daxil olub. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə xəbər verib.

Onun sözlərinə görə, sənəd ATƏT-in fəaliyyətdə olan sədri - Belçikanın XİN tərəfindən nazirliyə göndərilib.

Hazırda XİN-də bu sənəd öynərilir və bundan sonra sənəd üzrə şərh veriləcək.

Xatırladaq ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ötən həftə bildirib ki, A.Kaspşik Azərbaycanın işğal altında olan ərazilərindəki yanğınlar haqqında yeddi səhifəlik arayış hazırlayıb. Sənəd Azərbaycan XİN-in yanğının səbəbləri üzrə monitorinq keçirmək xahişi ilə Brüsselə müvafiq müraciətindən sonra hazırlanıb. Bu qərar iyun ayının sonunda Vyanadakı Daimi şuranın iclasından sonra qəbul olunub, bundan sonra A.Kaspşik şəxsən bölgəyə səfər edib və 5-7 gün ərzində Ağdam istiqamətində monitorinq keçirib.

Xəbər lenti

Xəbər lenti