...

Amerikalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı və Ermənistanı "nə sülh, nə hərb" vəziyyətində saxlayır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2006 15:00 (UTC +04:00)

Trend məlumat verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi, ATƏT-in Minsk görüşündə ABŞ nümayəndə heyətinə başçılıq edən R.Nikolas Bernsin (R. Nicholas Burns) bəyanatında deyilir.

ABŞ nümayəndəsi hesab edir ki, "Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi yüz minlərlə qaçqın və məcburi köçkünün geri qayıtmasına mane olur. Bu münaqişə Azərbaycan və Ermənistanın sərhədlərini bağlı saxlayaraq və yaxın qonşuluqda yaşayan əhali arasında nifaqı ildən-ilə artıraraq hər iki dövləti "nə sülh, nə hərb" vəziyyətində saxlayır".

N.Berns bildirib: "Biz Rusiya, Fransa və ATƏT-in Minsk qrupu həmsədrlərinə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycan və Ermənistan liderlər ilə əlverişli yanaşma tərzi əldə etmişik ki, bu, münaqişənin danışıqlar yolu ilə həllini vəd edir. Bizim təşkilat indi bu ölkə liderlərini razılığa gəlməyə çağırmalıdır".

Xəbər lenti

Xəbər lenti