...

Yanvarın 31-də ATƏT cəbhə xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2007 11:15 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il yanvarın 31-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazim keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Günter Folk və Miroslav Vimetal keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti