Hazırda Ermənistan XİN rəhbəri Vardan Oskanyan və Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşünün vaxtı və yeri ilə əlaqədar məsləhətləşmələr aparılır. Bu barədə Ermənistan XİN mətbuat katibi Vladimir Karapetyan bildirib. Onun sözlərinə görə, görüşün fevralın sonu və ya martın əvvəllərində keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.
Xatırladaq ki, yanvarın sonunda Moskvada cari ildə V.Oskanyan və E.Məmmədyarov arasında ilk görüş keçirilib. Trend xəbər verir ki, nazirlərin görüşündən sonra ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edərək Ermənistan prezidenti Robert Köçəryan, Azərbaycan prezidenti İlham Əliyev və qondarma "Dağlıq Qarabağ" prezidenti Arkadi Qukasyanla görüşüblər.