...

ATƏT rəhbəri: "Qarabağ münaqişəsinin nizamlanmasında tərəflər heç vaxt indiki kimi anlaşmaya yaxın olmayıblar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2007 11:21 (UTC +04:00)
ATƏT rəhbəri: "Qarabağ  münaqişəsinin nizamlanmasında tərəflər heç vaxt indiki kimi anlaşmaya yaxın olmayıblar"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox əlverişli məqam var və tərəflər heç vaxt indiki kimi anlaşmaya yaxın olmayıblar. Bu fikri Bakıdakı brifinqdə ATƏT-in fəaliyyətdə olan sədri, İspaniya xarici işlər naziri Miqel Anxel Moratinos ifadə edib.

ATƏT-in Minsk qrupu bu dondurulmuş münaqişənin həlli ilə məşğul olur.

Moratinosun sözlərinə görə, ATƏT münaqişənin hər iki tərəfin marağı nəzərə alınmaq şərtilə həllini istəyir. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı istək hiss etdiyini deyən diplomat ümid edib ki, Yerevanda da oxşar istəyi müşahidə edəcək.

ATƏT-in fəaliyyətdə olan sədri həmçinin bildirib ki, münaqişənin nizamlanmasında bir çox tərəflər, o cümlədən ATƏT və beynəlxalq ictimaiyyət maraqlıdır. "ATƏT çalışacaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 10-da Sankt-Peterburqdakı görüşü zamanı müvafiq istiqamətdə real addımlar atılsın. Lakin yekun qərar tərəflərdən asılıdır" - deyə Moratinos vurğulayıb.

Xəbər lenti

Xəbər lenti