Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Bunu Yerevanda AŞ XİN başçıları Komitəsinin "Aqo" Qrupunun monitorinq komissiyasının rəhbəri Per Syeqren bəyan edib.
Onun sözlərinə görə, AŞ öz mandatına əsasən məsələnin həllinə yardım göstərsə də, danışıqlar prosesində iştirak etmir. (Panorama.am)
Öz növbəsində Ermənistan XİN rəhbəri Vardan Oskanyan ölkəsinin mövqeyinə toxunaraq qeyd edib ki, Qarabağ probleminin hərbi yolla həlli variantı yoxdur.