...

ATƏT PA "dondurulmuş münaqişələr"in tənzimlənməsi üzrə qətnamə qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2007 15:03 (UTC +04:00)
ATƏT PA "dondurulmuş münaqişələr"in tənzimlənməsi üzrə qətnamə qəbul edib

ATƏT-in Parlament Assambleyası bazar ertəsi 16-cı sessiyasında "ATƏT regionundakı münaqişələrin tənzimlənməsi" üzrə qətnamə qəbul edib. Bu barədə xəbəri İTAR-TASS yayıb.

Sənəddə Azərbaycan. Moldova və Gürcüstandakı dondurulmuş münaqişələrin bu ölkələrin ərazi bütövlüyü prinsipi və 1999-cu il İstanbul öhdəliklərinin tam yerinə yetirilməsi əsasında sülh yolu ilə tənzimlənməsi üzrə bütün səylərin dəstəklənməsi göstərilir.

Sənəddə həmçinin ATƏT-ə üzv ölkələr arasında sərhədlərin blokada vəziyyətində və bağlı olmasından narahatçılıq ifadə olunur. ATƏT-in Parlament Assambleyası digər münaqişələrin həll olunmasında bəzi münaqişələrin tənzimlənməsi yolunun presedent kimi istifadə olunmasından çəkinməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti