...

Qazaxda uzun müddətdir axtarışda olan cinayətkar həbs edilib

Siyasət Materials 21 Sentyabr 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend , müxbir N.Fətullayeva/ Qazax rayonunda uzun müddətdir narkotik maddələrin satışı maddəsi ilə axtarışda olan cinayətkar həbs edilib. Trend in bölgə müxbirinin Qazax rayon Polis Şöbəsinin rəis müavini Ədalət Sadıqova istinadən verdiyi məlumata görə, rayonun Qazaxbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Nizami Məhəmməd oğlu Qurbanovun fermasına baxış zamanı hazır şəkildə qablaşdırılmış 1 kq 300 qram narkotik maddə sayılan marixuana aşkarlanıb.

İlkin dindirmələr zamanı Qurbanov bu işlə ilk dəfə və maddi vəziyyətinin çətin olması səbəbindən məşğul olduğunu söyləyib. O ifadəsində satmaq məqsədi ilə 4 çətənə kolu əkdiyini bildirib.

Sadıqov bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi açılıb və araşdırmalar aparılıb.

Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti