...

Cəlilabadda narkotiklə mübarizə üzrə uğurlu əməliyyat keçirilib

Siyasət Materials 24 Sentyabr 2007 11:06 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Cəlilabad rayonunda narkotiklə mübarizə üzrə daha bir uğurlu əməliyyat keçirilib. Trend in bölgə müxbirinin məlumatına görə, bazar günü axşam saatlarında rayonda keçirilən əməliyyat zamanı külli miqdarda narkotik maddə satışı ilə məşğul olan dəstə üzvlərindən biri tutulub. Dəstə üzvü Əlisəfa Əldər oğlu Əliyev bir kiloqram heroini evində şərti alıcılara satan zaman yaxalanıb. Əliyevin evində axtarış keçirilən zaman narkotik vasitələri çəkən tərəzi, ölçü daşları və 100 qram civə aşkarlanıb.

Cəlilabad rayon Polis Şöbəsindən bazar ertəsi bildiriblər ki, ilkin istintaq zamanı Əliyevin 2004-cü ildə Azərbaycandan İrana qeyri-qanuni keçdiyinə görə saxlandığı və qonşu ölkədə bir il məhbus həyatı yaşadığı müəyyənləşdirilib. Məlumata görə, dəstənin digər üzvlərinin tutulması istiqamətində tədbirlər həyata keçiriləcək. İstintaq sirri olduğundan, bu barədə əlavə məlumat verilməyib.

Cəlilabad paytaxt Bakıdan 210 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti