...

Daxili İşlər Nazirliyinin generalı vəzifəsindən uzaqlaşdırılıb

Siyasət Materials 25 Sentyabr 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərov çərşənbə axşamı tutduğu vəzifəsindən uzaqlaşdırılıb, Trend ə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Məlumata görə, generalın vəzifədən uzaqlaşdırılması DİN-də aparılan kadr islahatlarının tərkib hissəsidir.

DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov Trend ə açıqlamasında Əsgərovun vəzifəsindən uzaqlaşdırıldığını təsdiqləyib. O, Əsgərovun yaş həddinə görə təqaüdə göndərildiyini deyib.

Xəbər lenti

Xəbər lenti