Azərbaycanın şimal bölgəsində hərbi çağırışdan yayınan 150 nəfər barəsində axtarış elan edilib

Siyasət Materials 3 Oktyabr 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən şimal rayonlarında ordudan yayınan 57 gənc Azərbaycana gətirilərək hərbi xidmətə cəlb edilib. Trend in bölgə müxbirinin regionun komissarlıqlarına istinadən verdiyi məlumata görə, hərbi çağırışdan yayınan gənclərin 17-si Quba, 19-u Xaçmaz, 21-i isə Qusar rayonundandır. Hazırda həmin rayonların komissarlıqları tərəfindən hərbi çağırışdan yayınan 150 nəfər barəsində axtarış elan edib. Həmin gənclərin olduqları yerlər müəyyən edilir və oradakı hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır.

Hərbi çağırışdan yayınanların əksəriyyəti Rusiya və MDB dövlətlərindədir.

Oktyabrın 1-dən həqiqi hərbi xidmətə çağırış başlayıb.

Xəbər lenti

Xəbər lenti