...

Ukrayna və Azərbaycanın XİN başçıları Vilnüs sammitini müzakirə ediblər

Siyasət Materials 5 Oktyabr 2007 17:26 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Cümə günü Azərbaycan və Ukraynanın xarici işlər nazirləri enerji təhlükəsizliyi üzrə Vilnüs konfransına hazırlığa dair müzakirə aparıblar. Ukrayna XİN-nin mətbuat xidmətndən verilən məlumata görə, Arseni Yaçenyuk və Elmar Məmmədyarovun görüşü bu gün Düşənbədə MDB sammitində iştirak çərçivəsində baş tutub.

Tərəflər MDB-nin yenidən formalaşdırılması, həmçinin, MDB-nin gələcək inkişaf Konsepsiyası və onun reallaşdırlması üzrə əsas tədbirlər Planı nəzərə alınmaqla, Birlik çərçivəsində iktərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı əsas diqqət bu il oktyabrın 10-11-də baş tutacaq enerji təhlükəsizliyi üzrə Vilnüs konfransına hazırlıq prosesi və enerji sahəsində əməkdaşlığa ayrılıb.

Enerji sahəsinədə təhlükəsizlik üzrə Vilnüs konfransı oktyabrın 10-11-də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti