...

MDB dövlət başçıları bir neçə sənəd imzalayıblar

Siyasət Materials 5 Oktyabr 2007 19:51 (UTC +04:00)
MDB dövlət başçıları bir neçə sənəd imzalayıblar

Azərbaycan, Bakı / Trend ,müxbir S. Ağayeva / MDB dövlət başçıları cümə günü Düşənbədə keçirilən sammitdə bir neçə sənəd imzalayıblar.

İmzalanmış sənədlərə aşağıdakıla daxildir: iştirakçı dövlətlərinini miqrasiya orqanlarının rəhbərləridən ibarət şuranın yaradılması barədə müqavilə, MDB-nin iştirakçı dövlətlərinin sərhəd orqanlarının xarici sərhədlərlə baş verən böhranlı vəziyyətin meydana gəlməsi və aradan qaldırılması zamanı birgə fəaliyyətinin təşkil edilməsi barədə müddəanın təsdiq edilməsinə dair protokol, Sərhəd Qoşunları Rəhbərlərinin "Şərəfli sərhəd" döş nişanının təsis edilməsinə dair sənəd,

MDB-nin iştirakçı dövlətlərinin cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı birgə mübarizə barədə müqavilə, cinayətkarlıq və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq proqramı, MDB-nin iştirakçı dövətlərinin mədəni dəyərlərinin oğurlanmasına qarşı mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlığa dair müqavilə,

psixotrop maddələr və onların əvəzedicilərinin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq proqramı, MDB-də sülhün dsəstəklənməsi üzrə Kollektiv Qüvvələrin fəaiyyətinin maliyyə, texniki təminatına dair müqavilə.

Dövlət başçıları , həmçinin, MDB orqanlarının cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığı həyata keçirən Koordinasiya Şurasının müraciətini; Beynəlxalq Elmlər Akademiyası Assosiasiyası Şurasının müraciətini qəbul ediblər. Prezidentlər Qazaxıstan prezidenti Nursultan Nazarbayevi və MDB-nin icraçı katibi Vladimir Ruşaylonu, Biriliyin fəaliyyətinə verdikləri töhfəyə görə, MDB-nin fəxri nişanı ilə təltif ediblər.

Azərbaycan sammitdə yüksək səviyyədə təmsil olunur. Azərbaycan prezidenti İlham Əliyev Birliyin Dövlət Başçıları Şurasının iclasında iştirak edir. Dövlət başçısı Birlik ölkələrinin prezidentləri ilə görüşlər keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti