...

Bakıda "Xoşməramlı səfir" diski təqdim olunub

Siyasət Materials 10 Oktyabr 2007 20:32 (UTC +04:00)
Bakıda "Xoşməramlı səfir" diski təqdim olunub

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Çərşənbə günü Bakıda Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş "Xoşməramlı səfir" diski təqdim olunub. Layihənin müəllifi "Səs" qəzetidir.

Mətbu nəşrin təsisçisi və baş redaktoru, millət vəkili Ağabəy Əsgərovun sözlərinə görə, diskdə Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və Azərbaycanda təhsil, səhiyyə və mədəniyyətin inkişafına yönəlmiş layihələr əks olunub. Onun sözlərinə görə, layihənin müəlliflərinə, onun UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinin yalnız kiçik bir hissəsini əhatə etmək müvəffəq olub. Diskdə fəal ictimai-siyasi xadim kimi, Əliyeva haqqında 15 dəqiqəlik sənədli film yer alıb. Üç dildə çıxan disk dörd hissədən ibarətdir. Heydər Əliyev Fondu 2002-ci ildə yaradılıb. Fond çərçivəsində "Yeniləşən Azərbaycan - yeni məktəblər", "Diabet xəstəsi olan uşaqlara qayğı" və s. kimi qlobal layihələr həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti