...

Azərbaycan XİN-i: Tehran sammitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbulu gözlənilmir (video)

Siyasət Materials 16 Oktyabr 2007 13:57 (UTC +04:00)
Azərbaycan XİN-i: Tehran sammitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbulu gözlənilmir (video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Tehran sammitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbulu gözlənilmir. Bu barədə çərşənbə axşamı Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim məlumat verib.

"Konvensiyanın qəbuluna qədər dövlət başçıları siyasi sənəd qəbul etməlidirlər. Yalnız bundan sonra Xəzərin statusu üzrə Konvensiyanın qəbulundan danışmaq olar" - deyə o bildirib.

Bu gün İranda beş Xəzəryanı dövlətin - İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan dövlətlərinin sammiti başlanıb. Prezidentlər keçmiş SSRİ-nin süqutundan sonra hələ də həll olunmamış Xəzərin statusu məsələsini müzakirə edirlər.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprelində Aşqabadda baş tutub. Sammit zamanı ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsi barədə qərar qəbul olunub. Lakin həmin dövrdən bu günə qədər sammit hər il təxirə salınıb.

Xəzər dənizinin dibinin sahilyanı dövlətlər arısında bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstan bir-bininə qarşı heç bir iddia irli sürmür. Bu üç dövlət arasında müvafiq məsələ ilə bağlı ikitərəfli, eləcə də üçtərəfli razılıqlar imzalanıb. Tərəflər həmçinin orta bölünmə xəttinin koordinatı ilə bağlı vahid bir fikrə gəliblər. Lakin Türkməninistan və İran orta bölünmə xəttinin koordinatının təyin edilməsi ilə bağlı hələ öz mövqelərini açıqlamırlar. Bu hal uzun illər davam edən müzakirələrə baxmayaraq Xəzərin statusunun müəyyənləşdirilməsinə mane olur.

Xəbər lenti

Xəbər lenti