...

YAP sədrinin müavini: "Azərbaycan ötən dörd ildə böyük uğurlara nail olub"

Siyasət Materials 17 Oktyabr 2007 13:09 (UTC +04:00)
YAP sədrinin müavini: "Azərbaycan ötən dörd ildə böyük uğurlara nail olub"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ötən dörd il Azərbaycan xalqının 2003-ci ilin prezident seçkilərində nə gədər əhəmiyətli, xalq və dövlət üçün xeyrli seçim etdiyini təsdiqləyib. Bu bardə prezident İlham Əliyevin bu vəzifəyə seçilməsi ilə bağlı "Prezident seçkilərində ötən dörd il: Azərbaycan yüksəliş və yeniləşmə yolunda" mövzusunda keçirilən konfransda hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, millət vəkili Əli Əhmədov bildirib.

"Ötən dörd ildə Azərbaycan dövlət olaraq özünə inam hissini qətiyətlə möhkəmləndirib, ölkənin beynəlxalq nüfuzu artıb", - deyə Əhmədov əlavə edib.

Onun fikrincə, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox qısa vaxt ərzində sürətli iqtisadi inkişafa nail olub. Əhmədov hesab edir ki, bu inkişaf prosesində Azərbaycanın yeniləşi və moderniləşməsi həyata keçirilib. "Bütün bunlara böyük iradə, səylər və əmək nəticəsində nail olunub. Bu uğurlara nail olunması ölkənin bütün resurslarının bir mərkəzə cəmləşməsi və onlardan səmərəli istifadə və Azərbaycan prezidentinə ictimayətin dəstəyinin yüksək olmasıdır".

Xəbər lenti

Xəbər lenti