...

Elmar Məmmədyarov Misir parlamenti Azərbaycan-Misir dostluq qrupunun üzvlərini qəbul edib

Siyasət Materials 24 Oktyabr 2007 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Misir parlamentinin Azərbaycan-Misir dostluq qrupunun üzvlərini qəbul edib. Bu barədə XİN-nin mətbuat xidməti xəbər verib.

Nazir iki dövlət arasında mövcud tarixi əlaqələrin müasir əməkdaşlıq üçün geniş zəmin yaratdığını, siyasi sahədə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı siyasi dəstəyi yüksək qiymətləndirərək, Misirin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına verdiyi dəstəyi alqışladığını deyib. Qonaqlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini, BMT, İKT və digər təşkilatlar vasitəsilə Dağlıq Qarabağ üzərində öz legitim hüquqlarını bərpa edəcəyinə əmin olduqlarını bildiriblər.Azərbaycanın, Şarm-əl Şeyx, İsgəndəriyyə və ya hər hansı başqa şəhərdə, konsulluğunun açılmasını təklif edən misir ralamentariləri bunun iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin də artmasına şərait yaradacağını söyləyiblər.

Xəbər lenti

Xəbər lenti