...

Estoniyanın XİN başçısı: "Azərbaycan-Estoniya münasibətləri daha səmərəli ola bilər"

Siyasət Materials 26 Oktyabr 2007 10:30 (UTC +04:00)
Estoniyanın XİN başçısı: "Azərbaycan-Estoniya münasibətləri daha səmərəli ola bilər"

Azərbaycan, Bakı / Trend , müxbir A.Qasımova/ " Estoniyanın xarici işlər naziri Urmas Paet ilə onun oktyabrın 29-30-da Azərbaycana səfəri öncəsi / Trend ə eksklüziv müsahibəsi

- Azərbaycanla Estoniya arasındakı ikitəfəli münasibətləri necə qiymətləndirirsiniz? Azərbaycan-Estoniya əməkdaşlığının perspektivləri ilə bağlı sizin fikrinizi bilmək istərdik.

- Azərbaycanla Estoniya arasında yaxşı münasibətlər yaranıb. Eyni zamanda, ölkələr arasında əlaqələr daha səmərəli ola bilər. Hər iki tərəf münasibətlərin inkişafında maraqlıdır və mənim Azərbaycana səfərimə məhz bu rakursdan baxılmalıdır. Biz cənab Zülfüqarovun Azərbaycanın Estoniyadakı səfiri təyin olunmasını alqışlayırıq və inanırıq ki, bu, gələcəkdə bizim münasibətlərimizin səmərəliyini artıracaq. Azərbaycanın Avropaya inteqrasiyanı qarşısına məqsəd qoyması mövqeyindən çıxış etsək, siyasi sahədə əməkdaşlıq güclənə bilər.

Estoniya, Avropa İttifaqının üzvü kimi, öz islahat təcrübəsini bölüşməklə, bu məqsədə çatmaqda Azərbaycana kömək edə bilər.

Digər tərəfdən, Azərbaycan Avropa səhmdarları üçün cəlbedici bazardır. Estoniya sahibkarlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bu məsələyə baxılacaq.

- Sizin Azərbaycana rəsmi səfəriniz zamanı hansı əsas məsələlər müzakirə olunacaq?

- Enerji, regional təhlükəsizlik, Avropa İttifaqı, siyasi və iqtisadi əməkdşlıq məsələləri daxil olmaqla, qarşılıqlı maraq doğuran bir neçə mövzu müzakirə olunacaq.

Biz ikiqat vergidən, xüsusilə də, gəlir və kapital vergisindən yayınma hallarının qarşısının alınmasına dair Konvensiyanın imzalanması ilə əldə olunan müqavilələrin sayını artırmaq niyyətindəyik.

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Estoniya hansı mövqedən çıxış edir? Estoniya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyirmi?

- Estoniya Dağlıq Qarabağ münaqişəsinin sülh və konstruktiv həllini tam olaraq dəsdəkləyir. Bizim fikrimizcə, ATƏT-in Minsk qrupunun imkanları tükənməyib və münaqişənin həllində mühüm rol oynaya bilər. AŞ-nın səlahiyyətlərinə "Üçüncü ölkələr" üzrə siyasət də daxil olduqdan sonra, Estoniya, təşkilatın üzvü kimi , Avropa Şurasının Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Piter Semnebinin səylərini dəstəkləyirik.

- İqtisadi sahədə ikitərəfli əməkdaşlıq potensialından nə dərəcədə istifadə olunur? Ticarət dövriyyəsini hansı vasitələrlə artırmaq olar?

- İqtisadi əlaqələr genişlənir. Azərbaycanın illik iqtisadi artımının 35 faiz olması yaxşı təsir bağışlayır. Pozitiv iqtisadi tendensiya geniş investisiya və ticarət imkanları yaradır. Estoniya tərəfinin marağını göstərmək üçün 20-dən çox iş adamı və investisiya şirkəti üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərimdə məni müşayiət edəcək. Ümid edirəm ki, əlaqələrin yoluna qoyulması ticarət münasibətlərini əhəmiyyətli dərəcədə gücləndirəcək.

- Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan mühüm rol oynamağa başlayıb. Bu fakt Azərbaycan və Estoniyanın daha da yaxınlaşmasına necə xidmət göstərəcək?

- Estoniya enerji daşınmalarının diversifikasiyası və Avropalı sifarişçilər üçün enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edir. Bu münasibətlərdə Azərbaycan, tranzit və karbohidrogen ehtiyyatlarına malik ölkə kimi, çox mühüm rol oynaya bilər. AŞ Xəzərdən Avropayadək yeni tranzit marşrutun inkişafını dəstəkləyir.

Baltik dənizi regionuna neft daşınmasına imkan yaradacaq Odessa- Brodı-Plotsk-Qdansk neft kəməri tikintisinin başa çatdırılması bu məqsədə doğru atılan addımdır. Estoniya yalnız çoxvariantlı enerji tədarükü olacağı təqdirdə, fayda, Azərbaycan isə, tədarükçü kimi, böyük bazarlara çıxma imkanı əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti