...

Gənclər korrupsiya ilə mübarizədə birgə səy göstərəcəklər

Siyasət Materials 7 Noyabr 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Quba / Trend , müxbir A.Qafarov/ Bu gün Xaçmazda Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiya idarəsinin təşkilatçılığı ilə "Korrupsiya ilə mübarizə" mövzusunda regional müşavirə keçirilib. Müşavirədə şimal bölgəsi rayonları - Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı rayonları ilə yanaşı, Füzuli, Qubadlı və Laçın rayonlarından olan fəal gənclər iştirak ediblər. Müşavirədə qanunvericilikdə nəzərdə tutulan məsələlər müzakirə olunub və müəyyən tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti