...

Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Tbilisidə nümayiş iştirakçılarırın dağıdılmasını vəhşilik adlandırır

Siyasət Materials 7 Noyabr 2007 20:27 (UTC +04:00)
Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Tbilisidə nümayiş iştirakçılarırın dağıdılmasını vəhşilik adlandırır

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynov/ Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Tbilisidə hökumətin istefasını tələb edən nümayiş iştirakçılarının dağıdılmasını vəhşilik adlandırıb. "Gözyaşardıcı qaz və digər vasitələrdən istifadə olunması vəhşilikdir" - deyə Gürcüstanın keçmiş prezidenti Şevardnadze çərşənbə günü Tbilisildən telefonla Trend verdiyi müsahibəsində bildirib.

Gürcüstanın xüsusi təyinatlıları çərşənbə günü Tbilisidə, noyabrın 2-dən etibarən etiraz aksiyaçı keçirən və prezidentin istafasını, parlament seçkilərinin 2008-ci ilin aprelində keçirilməsini tələb edən nümayiş iştirakçılarını dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Tbilisinin mərkəzində müxalifətin nümayişinin dağıdılması zamanı 200-dən çox nümayişçi, eləcə də, bir sıra müxalifət liderləri gözyaşardıcı qazdan zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilib. O cümlədən, onlarla nümayişçi müxtəlif dərəcəli xəsarət alıb.

Şevardnadze nümayişə toplaşan əhalini dağıtmaq məqsədilə, gözyaşardıcı qazdan, su şırnağından istifadə olunmasının yolverilməz olduğunu bildirib. "Əhali toplaşmaq, nümayişlər keçirmək, demokratiya naminə çıxış etməyə imkan verən konstitusiya hüqununa malikdir" - deyə keçmiş prezident bildirib. "Millət küçələrə çıxıb. Nə üçün? Çünki pis yaşayır, iş yoxdur, bu insanların əksəriyyəti ciddi, lakin işsiz adamlardır".

Nümayişçiləri dağıdan hökumətin hərəkətini necə qiymətləndirməsi ilə bağlı sualı cavablandıraraq,eks prezident qeyd edib ki, "müxtəlif cür danışmaq və tamamilə müxtəlif variantlar yaratmaq olar". "Mən prezident olduğum dövrdə də analoji hadisələr baş verdi, mən istefaya getdim. Hazırki prezident isə, istefaya getməyəcək" - deyə keçmiş prezident bildirib.

Şevardnadze hesab edir ki, hazırda tərəflər vəziyyətdən çıxmaq üçün konsensusa nail olmalıdırlar. Uzun illər hakimiyyətdə olmuş Eduard Şevardnardze, Tbilisidə müxalifətin bir neçə gün davam edən nümayişinin, faktiki olaraq, vətəndaş müharibəsinə gətirib çıxarması təhlükəsindən sonra, 2003-cü ilin noyabrında istefaya gedib.

Xəbər lenti

Xəbər lenti