...

Azərbaycanın bir qrup prokuroru Strasburqda Avropa Konvensiyasını öyrənir

Siyasət Materials 13 Noyabr 2007 15:12 (UTC +04:00)

Fransa,Strasburq/ Trend müxbir A.Məhərrəmli, K.Zərbaliyeva/ Azərbaycanın bir qrup prokuroru Strasburqda Avropa Konvensiyasını öyrənir.

Avropa Şurasının (AŞ) Katibliyindən Trend ə bildirilib ki, Azərbaycanla AŞ arasındakı əməkdaşlıq çərçivəsində noyabrın 12-dən 15-dək Strasburqda prokurorlar üçün İnsan Hüquqları və Azadlıqları Haqqında Avropa Konvensiyasının öyrənilməsi ilə bağlı treninq keçirilir.

Treninqdə Baş Prokurorluğun Təlim Mərkəzinin rəisi Zakir Müslimovun rəhbərliyi ilə on iki prokuror iştirak edir.

Treninq proqramı İsveç hökuməti tərəfindən maliyyələşdirilib.

Bundan öncə avropalı ekspertlərin iştirakı ilə Bakıda Azərbaycanla AŞ arasındakı əməkdaşlıq çərçivəsində prokurorluq orqanları əməkdaşları üçün seminar və treninqlər təşkil olunmuşdu.

Xəbər lenti

Xəbər lenti