Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Tərtər rayonu ərazisində silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə günü jurnalistlərə bildiriblər ki, noyabrın 22-də Tərtərin polis əməkdaşları tərəfindən bir fişəngatan tapança, bir "Naqan" tipli tapançanın hissələri, 10 qumbara, 440 pulemyot patronu tapılıb.
Faktla bağlı araşdırma aparılır, silah-sursatın kimə məxsus olmasını müəyyənləşdirmək üçün axtarış tədbirləri davam etdirilir.
Tərtər paytaxt Bakıdan 345 kilometr cənub-qərbdə yerləşir.