Azərbaycan,Bakı Trend , müxbir K.Zərbalıyeva/ Bakının Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri rüşvət almaqda günahlandırıldığı üçün həbs olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev çərşənbə axşamı bildirib ki, Respublika Rrokurorluğu yanında Korrupsiya ilə Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində, Bakının Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri Məcnun Əliyev, bələdiyyənin təsərrüfat şöbəsinin müdiri Aydın İsmayılov və bələdiyyə üzvü Nizami Əzizov saxlanılıb.
Onlar torpaq sahəsinin ayrılması müqabilində, hələlik adı açıqlanmayan bir nəfərdən külli miqdarda rüşvət alarkən yaxalanıblar. Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. İstintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır.