...

Azərbaycan Beynəlxalq Turizm Təşkilatından izahat istəyəcək

Siyasət Materials 7 Dekabr 2007 17:19 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Turizm Təşkilatından izahat istəyəcək

Azərbaycan, Bakı / müxbir S.Ağayeva/ Azərbaycan britaniyalı turizm operatorunun işğal olunan Dağlıq Qarabağa turist səfərlərinin təşkil etməsilə əlaqədar olaraq, Beynəlxalq Turizm Təşkilatından izahat istəyəcək. Böyük Britaniya hökumətinin "həll edilməyən mübahisə" və "atışmalara görə" Dağlıq Qarabağa səfərdən imtina haqqında tövsiyələrinə baxmayaraq, Londonun Sunvil Discovery ltd. Turizm operatoru britaniyalı turistlərə Ermənistana və Dağlıq Qarabağa on günlük turist səfərləri təklif edir. "Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi işğal olunan Azərbaycan ərazilərinə turist səfərlərinin dayandırılması üçün Beynəlxalq Turizm Təşkilatına (BTT) müraciət edəcək" - cümə günü nazirliyin Baş Turizm İdarəsinin rəisi Aydın İsmiyev bildirib. Azərbaycanın işğal olunan ərazilərinə turist səfərlərinin təşkil edilməsi beynəlxalq hüquqa və Beynəlxalq Turizm Təşkilatının tövsiyyələrinə ziddir. Bununla əlaqədar, nazirlik BTT-dən londonlu turizm operatoruna qarşı ciddi ölçü götürməyi tələb edəcək. "Bizdə indiyədək Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat olmayıb" - turizm agentliyinin ictimai əlaqələr üzrə departamentinin rəhbəri Sara Belçer Trend ə məlumat verib. Belçer, yaxın günlərdə Dağlıq Qarabağa turist səfərlərinin təşkil olunması haqqında ətraflı məlumat verməyə söz verib. Sunvil Discovery Britaniya Turizm Assosiasiyasının üzvüdür. Turizm agentliyi 1970 -ci ildən turizm operatoru kimi fəaliyyət göstərir. Britaniya Turizm Assosiasiyasından bildiriblər ki, şirkət müştərilərinə hara getdikləri haqqında məlumat verə bilər, lakin onları proqramı dəyişdirməyə məcbur edə bilməz. "Biz bu işə qarışa bilmərik. Bu, turizm operatorunun və onun müştərilərinin fərdi seçimdir"-Assosiasiyadan bildiriblər. İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti