...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının növbəti iclası başlayıb

Siyasət Materials 10 Dekabr 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Tbilisidə bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının növbəti iclası başlayıb. Bu barədə bazar ertəsi Trend ə telefonla açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev məlumat verib.

İclas dekabrın 12-dək davam edəcək. Hacıyev qeyd edib ki, Baş Assambleyanın iclasının gündəliyinə üç məsələ daxil edilib. Qara dəniz regionuna daxil olan ölkələrdə həyat səviyyəsinin yaxşılaşdırılması, Qara dəniz regionunda qaz və enerji təhlükəsizliyi və Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq: "Bu mövzular qurumun komitələrində müzakirə edilib və qəbul olunub. Baş Assambleyada müzakirə olunduqdan sonra məruzələr qəbul ediləcək".

Hacıyev bildirib ki, Qara dəniz regionuna daxil olan ölkələrdə həyat səviyyəsinin yaxşılaşdırılması məruzəsini Azərbaycan Parlamentinin deputatı Jalə Əliyeva hazırlayıb.

İclasda Azərbaycanı deputatlar Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyeva təmsil edir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində 12 dövlət təmsil olunur.

Xəbər lenti

Xəbər lenti