...

Azərbaycanda avtomobil nəqliyyatı sahəsini tənzimləyəcək qanun layihəsi hazırlanıb

Siyasət Materials 14 Dekabr 2007 18:13 (UTC +04:00)
Azərbaycanda avtomobil nəqliyyatı sahəsini tənzimləyəcək qanun layihəsi hazırlanıb

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edən qanun layihəsi hazırlanıb. Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının cümə günü keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsi müzakirə olunub.

Komissiyanın sədri Ziyad Səmədzadə qeyd edib ki, qanun layihəsi qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib.

Qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində dövlət orqanları, daşıyıcılar və istehlakçılar arasında yaranan münasibətləri tənzimləyəcək.

Layihə bu sahədə fəaliyyətin həyata keçirilməsi üçün vahid normaların və qaydaların yaradılmasını, sahibkarlağın inkişaf etdirilməsi və dövlət tərəfindən dəstəklənməsini, azad və rəqabət mühitinin qorunması və inkişaf etdirilməsini nəzərdə tutur. Layihədə, eyni zamanda, təhlükəsizliyin təmin olunması, sərnişinlərin və daşıyıcıların mənafelərini təmin edən məqsədyönlü vahid tarif siyəsətinin həyata keçirilməsi məsələləri əks olunub.

Müzakirələrdən sonra komissiya üzvləri qanun layihəsini təsdiqləyib və birinci oxunuşda Milli Məclisdə müzakirə olunması tövsiyyə edilib.

Xəbər lenti

Xəbər lenti