...

Azərbaycan parlamentində əhalinin kommunal xərclərinin ləğv olunması məsələsi qaldırılıb

Siyasət Materials 18 Dekabr 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində əhalinin kommunal xərclərinin ləğv olunması məsələsi qaldırılıb. " Yüz minlərlə vətəndaşın işıq, qaz və suya görə dövlətə borcu var. Vətəndaşlar qaz, işıq və suyun kəsilməsi təhlükəsi ilə üzləşiblər" - deyə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında müxalifətyönlü Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Gürcüstan prezidentliyinə namizəd Mixail Saakaşvilinin sərəncamı əsasında, ölkə hökuməti vətəndaşların kommunal borclarını ləğv edib.

O qeyd edib ki, əhalinin kommunal borclarının ləğv olunması məsələsinə ölkə rəhbərliyi saviyyəsində baxılması vacibdir: "Borcların ləğv olunması gələcəkdə kommunal xərclərin ödənilməsi məsuliyətini artıra bilər. Ona görə də, qısa bir zamanda borcların ləğv olunması müsbət həll edilməlidir"

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə, bunun əleyhinə olduğunu bildirib.

"Əgər əhalinin kommunal xərclərini ödəmək imkanı varsa və bu sahədə heç bir problem yaranmırsa, hökumətin yığılan borcları ləğv etməsinə ehtiyac yoxdur", - deyə Mirzəzadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti