...

Amerikanın USAİD təşkilatı azərbaycanlı deputatların köməkçiləri üçün layihə həyata keçirir

Siyasət Materials 19 Dekabr 2007 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Amerikanın Beynəlxalq İnkişaf Aqentliyi (USAİD) Azərbaycan Parlamenti deputatlarının köməkçiləri ilə Milli Məclis arasında əlaqələrin inkişafına dair layihə həyata keçirməyə başlayıb. USAİD-in proqram rəhbəri Petro Morqos bildirib ki, layihə USAİD tərəfindən maliyyələşdirilir və iki il müddətinə həyata keçiriləcək.

Onun sözlərinə görə, layihə 3 istiqaməti əhatə edir: "Birinci, Parlamentin daimi heyətinin hazırlanması və onların peşəkarlığının artırılması. İkinci, qanunvericilik və şəffaflığın təmin edilməsi. Üçüncü isə qanunvericiliyin təkmilləşdirilməsi və daimi komissiyaların işinin genişləndirilməsi ilə bağlıdır".

Morqos vurğulayıb ki, Milli Məclisin heyəti, deputatlar, onların köməkçiləri və daimi komissiyaların işi əlaqələndirilməlidir. Eyni zamanda, deputat köməkçiləri ilə Parlamentin əlaqələri genişləndirilməlidir.

Milli Məclis sədrinin müavini Bahar Muradova isə bildirib ki, həyata keçirilən islahatlar Parlamentin öz üzərinə düşən vəzifələri yerinə yetirməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti