...

Yaponiya səfirliyi Azərbaycanda növbəti qrant layihəsini həyata keçirir

Siyasət Materials 21 Dekabr 2007 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yaponiyanın Azərbaycandakı səfirliyi növbəti dəfə ümumi dəyəri 172,205 ABŞ dolları məbləğində qrant layihəsi həyata keçirəcək. Bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirliyin həyata keçirdiyi "Ot kökləri və insan təhlükəsizliyi" və "Mədəniyyət üzrə Qrant Yardımı Proqramı"nın layihələri çərçivəsində dekabrın 25-də səfirin iqamətgahında layihələrə dair müqavilələrin imzalanma mərasimi keçiriləcək.

Qrant müqavilələrini Yaponiya tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Masamitsu Oki, Azərbaycan tərəfindən isə iki qeyri hökümət təşkilatlarının rəhbərləri imzalayacaq.

İki qrant müqaviləsinin ümumi dəyəri 172,205 ABŞ dollarıdır. Həyata keçiriləcək layihələr - "Xacavənd rayonunun Xocavənd kəndində məktəb binasının tikintisi" (layihənin dəyəri 86,000 ABŞ dollarıdır) və "Azərbaycan Karate-Do Assosiyasiyasının Karate alətlərinin təkmilləşdirilməsi"dir (dəyəri - 86.205 ABŞ dollarıdır).

Yaponiya hökümətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı" 2000-ci ildən Azərbaycanda həyata keçirilir. İndiyə kimi bu proqram çərçivəsində Azərbaycanda ümumi məbləği 6.680.077 ABŞ dolları məbləğində 99 layihə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti