...

"İlhamla, irəli!" aksiyasına "Sevgi ilə irəli!" konsert proqramı ilə yekun vurulub

Siyasət Materials 23 Dekabr 2007 19:23 (UTC +04:00)
"İlhamla, irəli!" aksiyasına "Sevgi ilə irəli!" konsert proqramı ilə yekun vurulub

Azərbaycan, Bakı /müxbir Trend C. Babayeva/ "İrəli" ümumrespublika gənclər hərəkatının təşkilatçılığı ilə dekabrııın 23-də Bakı Əl Oyunları İdman Sarayında "İlhamla, irəli!" ümumvətəndaş aksiyası çərçivəsində "Sevgi ilə irəli" konsert proqramı keçirilib.

Hərəkatın həmtəsisçisi Ceyhun Osmanovun sözlərinə görə, üç gün bundan əvvəl Azərbaycanda start verilən "İlhamla, irəli!" ümumvətəndaş aksiyası çərçivəsində təqdim olunmuş "İlhamla irəli" veb səhifəsi Azərbaycan gənclərinin prezident İlham Əliyevə olan dəstəyinin yeni bir texniki təzahürü idi.

"Üç gün ərzində artıq 500 nəfərdən çox gənc bu aksiyaya qoşulub. Əminik ki, gələc?kdə bu aksiya yüz min gəncin aksiyasına çevriləcək", deyə Osmanov bildirib.

İki ildən çoxdur ki, fəaliyyət göstərən "İrəli" ümumrespublika gənclər hərəkatının 5 minə qədər gənc üzvü var. Hərəkatın təşkilatçılığı ilə iki il ərzində 500-dən çox müxtəlif layihələr həyata keçirilib. Hərəkatda fəaliyyət göstərən 28 klub və departament gənclərin bütün fəaliyyət istiqamətlərini əhatə edir.

Xəbər lenti

Xəbər lenti