...

Yaponiya hökuməti Azərbaycana 172 min dollar həcmində qrant ayırıb (video)

Siyasət Materials 25 Dekabr 2007 13:43 (UTC +04:00)
Yaponiya hökuməti Azərbaycana 172 min dollar həcmində qrant ayırıb (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova / Azərbaycan və Yaponiya 172 min dollar həcmində qrant müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində azərbaycanlı qaçqınlar üçün məktəb tikiləcək və Azərbaycanın Karate-Do Assosiasiyası təkmilləşdiriləcək.

"Bu layihələrin həyata keçirilməsində vətəndaş cəmiyyəti nümayəndələrinin rolu çox böyükdür" - deyə müqavilənin imzalanması zamanı Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki bildirib.

Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardım prqramı 2000-ci ildən həyata keçirilir. Bu proqram çərçivəsində ümumi həcmi 6 mlrd. dollardan yuxarıı olan 99 layihə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti