Azərbaycan, Bakı / Trend / Prezident İlham Əliyev Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsini və bu sahədə çalışan işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə, 2008 -ci il yanvarın 1 -dən təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalının tətbiq edilməsi haqqında sərəncam imzalayıb.