Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir K.Ramazanova / Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək. Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski artıq səfərə hazırlıqla əlaqədar Azərbaycan tərəfi ilə danışıqlara başlayıb. Səfir cümə günü səfərlə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyində olub.
Səfir XİN-də keçirilən görüşdən sonra cümə günü jurnalistlərə bildirib ki, hələlik səfər tarixi barədə konkret fikir bildirmək tezdir: "Lakin biz çalışırıq ki, bu, cari ilin may-iyun aylarında baş tutsun".