...

Yaxın zamanlarda Bakı və Əmman arasında avia reys açılacaq

Siyasət Materials 24 Yanvar 2008 12:52 (UTC +04:00)
Azərbaycan, Bakı, 24 yanvar / , müxbir S.Ağayeva / Apreldə Bakı və Əmman arasında avia reys fəaliyyətə başlayacaq. O vaxta qədər bütün texniki məqamlar həll olunacaq. Bu barədə cümə axşamı Trend ə Əmmandan telefonla Azərbaycanın İordaniyadakı səfiri Elman Arazlı məəlumat verib.Səfir bildirib ki, ilk vaxtlar bu istiqamətdə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Sərfəli olacağı təqdirdə tərəflər reallaşdırılan reys sayının artırılması məsələsini nəzərdən keçirəcəklər. "Son zamanlar İordaniya biznesmenləri və turist şirkətlərinin Azərbaycana artan diqqəti ölkələr arasında birbaşa reysin açılmasını tələb edir. Hava əlaqəsinin olmaması bu əməkdaşlığı çətinləşdirir" - deyə o bildirib.Arazlı vurğulayıb ki, Bakı-Əmman reysinin açılması İordaniya biznesmenlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırımlarının artırılmasına imkan yaradacaq. "Reyslər üzrə İordaniya milli avia şirkətlərinin təyyarələri xidmət göstərəcək" - deyə o əlavə edib.
Xəbər lenti

Xəbər lenti