...

"Həmas" İsraillə dailoqu mümkün hesab etmir

Siyasət Materials 6 Fevral 2008 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / "Trend , müxbir R.Hafizoğlu/ İslami müqavimət hərəkatı "Həmas" İsraillə dialoqun mümkün olmadığı qənaətindədir. "İsrail xəyanətkardır və verdiyi sözə əməl etməyən bir dövlətlə dialoq etmək mənasızdır" - deyə, "Həmas"ın mətbuat katibi Muşir əl-Məsri Trend ə bildirib.

"Əl-Cəzirə" telekanalının fevralın altısında verdiyi məlumata görə, "Həmas"-ın Fələstinin Nablus şəhərindəki numəyəndəsi Şeyx Musa əl-Xərraz təmsil etdiyi hərəkatı, silahı yerə qoyaraq, Mahmud Abbasın qanuniliyini tanımağı və İsraillə dialoqa gedərək , daha sivill yollarla mübərizə aparmağa çağırıb.

"Həmas" rəsmisi, əl-Xərrazın bu addımını səhv və düşünülməmiş hərəkət olduğunu hesab edir. ""Həmas" silahı yerə qoymayacaq və İsrailin siyasi maraqlarına uyğun hərəkət edən hər hansı bir qurumla dialoqa getməyəcək" - deyə əl-Məsri çərşənbə günü Qəzzədən telefonla bildirib.

"Həmas" rəsmisi İsraillə istənilən dialoqun Fələstin xalqının maraqlarına zidd olduğunu hesab edir. "Biz Sionist İsraillə dialoqun yeni itki və qurbanlar demək olduğunu yaxşı bilirik. "Həmas"ın uzun müddət əməlliyat keçirməməsi onun zəifləməsi deyil. Dimondakı əməliyyatla biz İsrailə nəyə qadir olduğumuzu xatırlatmaq istəyirik" - deyə o vurğulayıb.

Fələstinin "Məan Press" Agentliyinin direktoru, politoloq Nasir əl-Ləhham hesab edir ki, Mahmud Abbas Qəzzə və Fələstinə tam nəzarət edə bilmir. "Fələstindəki böhranın əsas səbəbi vahid hakimiyyətin olmamasıdır"-deyə Ləhham çərşənbə günü Ramallahdan Trend ə telefonla bildirirb.

O, hesab edir ki, "Həmas"ın İsrailllə dialoqa getməməsi təbiidir. "Təəssüf hissi ilə qeyd edirəm ki, İsrail sazişlərə əməl etməməklə, "Həmas"ın ekstremist əməllərini dəstəkləyir"-deyə politoloq qeyd edib.

Xəbər hazırlanandaFələstinin "Fəth" hərəkatının rəsmilərindən "Həmas"ın bəyanatı ilə əlaqədər

şərh almaq mümkün olmayıb.

Bazar ertəsi Dimonda törədilən terror aktından sonra, İsrail xarici işlər nazirliyinin verdiyi məlumata görə, İsrailin cənubunun raket atəşinə tutulacağı və terror davam edəcəyi təqdirdə, fələstinlilərlə dialoqun davam etdirilməyəci bildrilir.

XİN-in rəsmi məlumatında deyilir ki,İsrail vətəndaşlarını qorumaq üçün "İslami cihad" və "Həmas"la sona qədər mübərizə aparacaq.

İsrail xarici işlər naziri Tsipi Livni,sülh proseslərini dəstəkləyən beynəlxalq təşkilatlardan "Həmas" terror təşkilatının legitimliyinin və fəaliyyətinin qarşısının alınmasına hazır olmalarını istəyib.İsrail Prezidenti Şimon Peres çərşənbə axşamı Sederot şəhərinə səfəri əsnasında qeyd edib ki, "Həmas" raket atəşini dayandırmasa , Fələstin hökumətinin qurulması mümkün olmayacaq .

"Əl-Ərəbiyyə" və "Əl-Manar" telekanallarının verdiyi məlumata görə , fevralın dördündə Dimonda törədilən terrora görə məsuliyyəti, "Fəth", və "İslami cihad" ilə yanaşı, "Həmas"təşkilatı də öz üzərinə götürüb. Dimondakı terror aktına cavab olaraq, İsrail hərbi hava qüvvələri Qəzzə ərazisinə raket zərbələri endirib.

Xəbər lenti

Xəbər lenti