...

Azərbaycan milli azlıqların hüquqları ilə bağlı öhdəliyi yerinə yetirməyə qanunvericilik baxımından. hələ ki. hazır deyil - spiker

Siyasət Materials 7 Fevral 2008 16:33 (UTC +04:00)
Azərbaycan milli azlıqların hüquqları ilə bağlı öhdəliyi yerinə yetirməyə qanunvericilik baxımından. hələ ki. hazır deyil - spiker

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir İ.Əlizadə/ Milli azlıqların hüquqları ilə bağlı Qanunun qəbul olunmasına dair Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün uzun müddət tələb olunur. "Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü bəzi öhdəliklər var ki, onların həlli vaxt tələb edir.  Bunlardan biri milli azlıqlarla bağlıdır. Avropa Şurasının 44 üzvündən 20-si hələ də bu problemi həll edə bilməyib", - deyə Milli Məclisin sədri Oqtay Əsədov cümə axşamı Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Yevgeniya  Jivkova və Andreas Herkel ilə görüşündə bildirib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına tam hüquqlu üzv qəbul olunub. Həmin dövrdə Azərbaycan təşkilat qarşısında bir sıra öhdəliklər götürüb. Azərbaycan öhdəliklərinin əksəriyyətini yerinə yetirsə də, "Alternativ xidmət haqqında" və "Milli azlıqların hüquqları haqqında" Qanunların qəbul olunması ilə bağlı öhdəlik hələ də yerinə yetirilməyib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycanda sözügedən məsələlərin həlli ilə bağlı iki qanun layihəsi hazırlanıb və sənədlər beynəlxalq təşkilatlarda ekspertizadan keçirilir.

Azərbaycanda insan hüquqlarının müdafiəsi, milli qanunvericilik bazasının təkmilləşdirilməsi və demokratik prinsiplərin inkişafı istiqamətində görülən işlər barədə məlumat verən Əsədov qeyd edib ki, Avratlantik məkana inteqrasiya rəsmi Bakının xarici siyasətinin əsas istiqamətlərindəndir.

"Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirib, Bir sıra beynəlxalq konvensiyalar Milli Məclisdə təsdiqlənib, bəzi Qanunlar Avropa standartlarına uyğunlaşdırılıb".

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Herkel Azərbaycanın Avratlantik məkana inteqerasiyasını, ölkədə həyata keçirilən hüquqi-demokratik islahatları yüksək qiymətləndirib: "Rəsmi Bakının Avropa Şurası ilə əməkdaşlığı da yüksək qiymətləndirilir".

Xəbər lenti

Xəbər lenti