...

2007-ci ildə Azərbaycanın prokurorluq orqanlarından 9 nəfər xaric olunub - baş prokuror

Siyasət Materials 8 Fevral 2008 14:26 (UTC +04:00)
2007-ci ildə Azərbaycanın prokurorluq orqanlarından 9 nəfər xaric olunub - baş prokuror

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Prokurorluq orqanlarından 9 nəfər xaric olunub. Bu barədə cümə günü Baş Prokurorluqda keçirilmiş kollegiya iclasında baş prokuror Zakir Qaralov məlumat verib.

Baş prokuror bildirib ki, ötən il müxtəlif pozuntulara və qanunsuzluqlara yol verən 52 prokurorluq əməkdaşı intizam qaydasında cəzalandırılıb. Onlardan üçü xüsusi rütbədən məhrum edilməklə, 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub.


Hesabat dövründə Bakı Şəhər Prokurorluğunun 17 əməkdaşı qanunsuzluqlara yol verdiyi üçün cəzalandırılıb.Onlardan dörd nəfəri isə prokurorluq orqanlarından xaric edilib.

Xəbər lenti

Xəbər lenti