...

"Azadlıq" bloku iqtidar-müxalifət dialoqunun baş tutmasında maraqlıdır

Siyasət Materials 14 Fevral 2008 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı,14 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Demokrat Partiyası (ADP) hesab edir ki, ölkə daxilində radikal siyasi kurs həyata keçirən qüvvələr xalqa xəyanət yolu tutublar. "Radikal siyasi kurs səhvdir və bu, xalqa xəyanət yoludur",- cümə axşamı Trend ə ADP funksioneri Qurban Məmmədov bildirib

ADP ötən ilin əvvəllərində radikal siyasi kursdan imtina edib. Məmmədov Azərbaycanın üç müxalifət -Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyalarını özündə cəmləşdirən "Azadlıq" blokunun radikal siyasi kurs həyata keçirdiyini iddia edir.

Məmmədov bildirib ki, yeni siyasi kurs ADP-ni yaradıcılıq yoluna salıb. "Yəni əvvəllər kiminsə koorporativ maraqlarına görə küçələrdə mitinq keçirməklə, ölkə daxilində gərginlik yaratmaqla, həm də şəxsi hisslərə məruz qalmaqla məşğul idik. İndi isə, artıq partiyanın daxilində siyasi məktəb qurulub. Partiya üzvləri öz üzərlərində işləyirlər, təşkilatlanma işi aparılır. Düşünürəm ki, tezliklə bu, öz bəhrəsini verəcək"- ADP funksioneri əlavə edib. Onun sözlərinə görə, xalq qarşıdurmadan yorulub, bezib. Ağıllı insanlar artıq başa düşürlər ki, ölkə daxilində problemlərin həlli yolu danışıqlardan və qarşılıqlı güzəştlərdən keçir. İnqilablarla, kataklizmlərlə, kəskin dəyişikliklərlə heç bir xalq, heç bir dövlət indiyə qədər nəsə qazanmayıb.

"Azadlıq" blokunun təsisçilərindən olan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cümə axşamı Trend ə bildirib ki, müxalifət daxilində bu cür kəskin ifadələrin işlədilməsinin əleyhinədir. Onun sözlərinə görə, blokun tutduğu yol radikallıqdan uzaqdır və demokratik cəmiyyətin inkişafı üçün mübarizə aparır. "Blok bütün məsələlərdə radikallığın tərəfdarı deyil və iqtidar-müxalifət münasibətlərində də dialoqun tərəfdarıdır"- Əliyev əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti