...

Prezident İlham Əliyev Viktor Yuşşenkonu ad günü münasibətilə təbrik etmişdir

Siyasət Materials 23 Fevral 2008 20:00 (UTC +04:00)

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yuşşenkoya telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.

Ukrayna Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Xəbər lenti

Xəbər lenti