...

Birliyin optimal strateji inkişaf xətti MDB-nin indiki formatının saxlanılmasında görülür – icraçı katib Lebedevlə müsahibə

Siyasət Materials 17 Mart 2008 10:10 (UTC +04:00)
Birliyin optimal strateji inkişaf xətti MDB-nin indiki formatının saxlanılmasında görülür – icraçı katib Lebedevlə müsahibə

Azərbaycan, Bakı, 15 mart/ Trend müxbir A.Qasımova, E.Hüseynov/ Trend -un Azərbaycana səfəri ərəfəsində MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedevlə müsahibəsi.

- Sergey Nikolayeviç, MDB-nin fevralın sonunda Moskvada keçirilən qeyri-formal sammitinin yekunlərını necə qiymətləndirirsiniz?

- Kifayət qədər yüksək. MDB dövlət başçılarının hamısının iştirak etdiyi hazırki qeyri-formal sammit adət üzrə əvvəlcədən təsdiq edilmiş gündəlik olmadan keçirilib. Rəy mübadiləsi azad rejimdə olub. Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin MDB-nin saxlanılması və möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, prezident səlahiyyətləri müddətinin başa çatması ilə əlaqədar olaraq, əməkdaşlığa görə, öz həmkarlarına minnətdarlıq edib, Dmitri Medvedyevi artıq martın 2-də keçirilmiş seçkilərdə prezidentliyə namizəd kimi təqdim edib. Vladimir Putinin sözlərinə görə, Rusiyanın Birlik dövlətləri qarşılıqlı əlaqəsi planlarının hazırlanmasında Medvedyev fəal iştirak edib. Hər iki rusiyalı lider öz çıxışlarında vurğulayıblar ki, MDB Rusiyanın xarici siyasətində prioritetdir və Birliyin sonrakı möhkəmlənməsi və inkişafına maksimal dərəcədə yardım etmək haqqında öz niyyətlərini təsdiqləyiblər.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı diqqətlə dinlənilib. O, nəqliyyat sahəsində qarşılıqlı əlaqənin vacibliyini, humanitar əməkdaşlığın möhkəmlənməsi və MDB çərçivəsində birgə gənclər siyasətinin keçirilməsini xüsusilə vuruğulayıb. Azərabaycan - İlham Əliyev bildirib, - MDB-də inteqrasiya əlaqələrinin dəstəklənməsi və möhkəmlənməsi üçün lazımi səylər göstərəcək". MDB İcraiyyə Komitəsinin sədri kimi mən, dövlət rəhbərlərini Düşənbə sammitinin qərarlarının yerinə yetirilməsinin vəziyyəti, o cümlədən, Birliyin iqtisadi inkişafı Strategiyasının hazırlanması haqqında məlumatlandırdım. İqtisadiyyat nazirləri müavinləri səviyyəsində işçi qrupu artıq işə başlayıb. İşçi qrupu tərəfindən Strategiya layihəsinin birinci variantı hazırlanıb və nəzərdən keçirilmək üçün dövlətlərə göndərilib. Strategiyanın 2020-ci ilədək olan dövrü əhatə etməsi, iqtisadi inteqrasiyanın məqsəd və vəzifələrini əks etdirməsi, onun prioritet istiqamətləri və reallaşdırılma mexanizmləri haqqında ümumi anlaşmaya nail olunub. Bu ilin iyununda MDB İqtisadi Şurasının iclasında yekun sənədin hazırlanması və onu dövlət başçıları Şurasına təqdim etmək planlaşdırılır. Bundan əlavə, sammitdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, energetika sahəsində qarşılıqlı əlaqələrin inkişafı, humanitar əməkdaşlığın dərinləşdirilməsi üzrə tədbirlərdən söhbət gedib.

- İcraiyyə Komitəsinin rəhbəri kimi MDB ölkələrinə işgüzar səfərləriniz gözlənilirmi? Səfərlərin qrafiki ümumilikdə necədir? Azərbaycana səfər nə vaxt baş tutacaq?

- MDB İcraiyyə Komitəsi sədri olduğum müddətdə mən artıq işgüzar səfərlərlə Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkəminstanda olmuşam. MDB müşahidəçilər missiyasının rəhbəri kimi, Özbəkistan Respublikası və Ermənistan Respublikasında prezident seçkilərində olmuşam. Səfərlərin gedişində, bu ölkələrin rəhbərlikləri ilə görüşlərim olub. Bu görüşlərdə MDB çərçivəsində fəaliyyətin müxtəlif aspektlərinə toxunan məsələlər müzakirə edilib.

Əlbəttdə, mən işgüzar səfərlərlə bütün Birlik dövlətlərində olmaq niyyətindəyəm. Azərbaycanda martın 17-dən 19-dək olan dövrdə səfər etməyi planlaşdırıram. Digər səfərlərin qrafiki işgüzar qaydada razılaşdırılır.

- MDB iqtisadi inkişaf Strategiyası üzrəində işlərin getməsi faktının özünü necə qiymətləndirdiniz?

- Bu gün Birlik ölkələri bütün iştirakçılarına real iqtisasdi fayda gətirməyə qadir inteqrasiya birliyinin möhkəmlənməsində həyati baxımdan maraqlıdırlar. Məhz belə yanaşmanın qanunauyğunluğu son illərin iqtisadi inkişaf yekunları təsdiqləyir. Onlar, MDB ölkələrinin iqtisadi stabillikdən iqtisadiyyatın davamlı inkişaf dövrünə keçməsinə dəlalət edirlər. Bu o deməkdir ki, Birlikdə dövlətlərin dövlətlərin ümumi və milli maraqlarını nəzərə almaqla uzunmüddətli iqtisadi inteqrasiya strategiyasının hazırlanması üçün bütün imkanlar var. Strategiyanın əsasında, ötən il Düşənbə sammitində qəbul edilən MDB-nin gələcək inkişaf Konsepsiyasında öz əksini tapmış 14 istiqamət dayanır. Onların arasında tammiqyaslı azad ticarət rejiminin başa çatması; azad ticarət rejimi, o cümlədən xammal idxalı və hazır məhsul ixracına dair mövcud məhdudiyyətlərin və müsadirələrin ləğvi; enerji ehtiyatları və nəqliyyat xidmətlərindən istifadəyə dair razılaşdırılmış xəttin hazırlanması; MDB məkanında beynəlxalq nəqliyyat dəhlizləri şəbəkəsinin formalaşdırılması; tarif siyasətinin effektivliyinin artırılması; dünya iqtisadiyyatına inteqrasiya və bəzi digər istiqamətlər var. Burada vacib rol, bütün Birlik ölkələrinin əksəriyyətində təmsil olunduğu sənaye əməkdaşlığı orqanlarına məxsusdur. Onların fəaliyyəti inteqrasiya proseslərinin əsas tərkib hissələrindən biridir. Bu təsərrüfat komplekslərinin dövlətlərarası səviyyədə idarə edilməsinin saxlanılmasına, bəzi hallarda isə onların qarşılıqlı faydalı inkişafını təmin etməyə imkan verir. Bu elektroenergetika, rabitə, dəmir yol nəqliyyatı, aviasiya və bəzi digər sahələrdə baş verir.

- MDB Düşənbə sammitinin qərarı ilə, nəqliyyat sahəsində əməkdaşlıq 2008-ci ildə qarşılıqlı fəaliyyətin əsas sahəsi kimi müəyyən edilib. Nəyə görə, aksent məhz nəqliyyat mövzusuna edilib? İqtisadi inteqrasiya proseslərinin ümumi kontekstində bu istiqamətin inkişafına təlabat nə dərəcədə yüksəkdir?

- Son illər Birlik ölkələrində davamlı iqtisadi artımla qeyd olunub. Xarici ticarət dövriyyəsi, onunla birlikdə isə xarici ticarət daşınmalarının həcmi artır. Belə ki, 2000-ci ildə dəmir yolu nəqliyyatında ümumi yük dövriyyəsinin artımı 7-8 faiz təşkil edib. 2000-ci ildən beynəlxalq avtomobil daşınmaları sahəsində həcm ildə 10 faiz olmaqla 2,3 dəfə artıb. 2007-ci il ərzində isə artım 18-20 faiz təşkil edib. Buradan da MDB çərçivəsində xarici ticarət daşınamalarının artan həcminin etibarlı nəqliyyat təminatı üçün problemin həllinə sistemli və kompleks yanaşmanın formalaşdırılmasına təlabat yaranır. İkinci vacib istiqamət - beynəlxalq nəqliyyat dəhlizlərindən birgə istifadə əsasında Birliyin tranzit potensialının inkişafı üçün şəraitin yaradılmasıdır. Nəqliyyat dəhlizləri yüksək sabit yük axınlarıdır. Burada onların fəaliyyət göstərməsi üçün əlverişli təşkilati, tarif, texnoloji və texniki şərtlərin yaradılmasıdır. Nəqliyyat idarələri simasında dövlətlər bu dəhlizlərdən birgə istifadə haqqında razılığa gəlməlidirlər. İndiyədək buna az diqqət ayrılıb. Nəqliyyat əməkdaşlığının bütün məsələlərinin həlli üçün əsas nəqliyyat siyasətinin razılaşdırılmasıdır. Nəqliyyat idarələri rəhbərlərinin müavinləri və nəqliyyat sahəsində sənaye əməkdaşlığı orqanları nümayəndələrinin daxil oduğu işçi qrupu prioritetləri və problemin həlli yollarını müəyyən etməlidir. İşçi qrupunun birinci iclası bu il yanvarın 24-də keçirilib. Çox vacibdir ki, birinci iclasda 2020-ci ilədək olan dövrdə prioritet istiqamətlər siyahısı qəbul edilib. Bu - MDB məkanında beynəlxalq nəqliyyat dəhlizləri şəbəkəsinin formalaşdırılması, tarif siyasətinin effetkivliyinin artırılması və müxtəlif növ nəqliyyat arasında qarşılıqlı əlaqənin təmin edilməsidir. Bu "üç kit", həm nəqliyyat sahəsində, həm də ümumilikdə dövlətlərin iqtisadiyyatında, inteqrasiya proseslərinin gələcək inkişafı üçün problemlərin həllinin əsasında dayanır.

- Bəzi ekspertlər düşünürlər ki, MDB çərçivəsində öz qrup maraqlarının müdafiəsi üçün birləşmiş bir neçə qrup var və buna görə də, Birlik problemlərin həllində bir alət kimi özünü tükəndirir. Siz belə qiymətlərlə razısınız?

- Tamamilə xeyr. Son illərin qərarları dövlətlərin MDB çərçivəsində inkişaf və əməkdaşlığın dərinləşməsinə səy göstərmələrinə dəlalət edir. Tamamilə qanunauyğundur ki, MDB kimi belə nəhəng məkanda öz tərkibinə görə müxtəlif dövlət birlikləri yaranıb. Onların arasında Rusiya və Belarusiyanın Müttəfiq Dövləti, Avrasiya İqtisadi Cəmiyyəti (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan), GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) var. Belə birlikləri formalaşdırarkən, ölkələr bir qayda olaraq öz milli maraqları və regional iqtisadi problemlərin birgə həllinin vacibiliyindən çıxış ediblər. Bununla yanaşı, yaradılmış regional strukturlar Birliyi zəiflətmir, bəzi hallarda isə ona əlavə kimi çıxış edir.

Po moemu ubejdeniö, Sodrujestvo əvləetsə edinstvennoy strukturoy, pozvoləöhey soqlasovıvatğ svoi poziüii dlə reşeniə obhix voprosov vsem dvenadüati . Pogtomu optimalğnaə strateqiçeskaə liniə razvitiə Sodrujestva viditsə v soxranenii nıneşneqo formata SNQ pri soxranenii glementov raznoskorostnoy gkonomiçeskoy inteqraüii.

Mənim qənaətimə görə, Birlik ümumi məsələlərin həlli üçün bütün 12 ölkəyə öz möveqlərini razılaşdırmaq imkanı verən yeganə strukturdur. Buna görə, Birliyin optimal inkişaf strategiyası xətti müxtəlifsurətli iqtisadi inteqrasiya elementlərinin qorunması ilə MDB-nin hazırki formatının saxlanılmasında görülür.

- MDB ölkələrinin yeni miqrasiya siyasəti haqqında məsələ müzakirələrin hansı mərhələsindədir?

- MDB-nin sonrakı inkişaf strategiyası Konsepsiyası ilə yanaşı Birlik dövlətləri başçıları tərəfindən onun reallaşdırılması üzrə əsas tədbirlər Planının təqdir edilməsi çox vacibidir. Miqrasiya siyasəti sahəsində dövlətlərin qarşılıqlı əlaqələri səviyyəsinin artırılmasına yönəltmiş bir sıra qərarlar artıq qəbul edilib, qeyri-qanuni miqrasiyanın qarşısının alınması və əmək miqrasiyasının nizamlanması üzrə birgə tədbirlər siyahısı formalaşdırılıb. BMT ekspertlərinin qiymətləndirmələrinə görə, dünyada mühacirlərin sayı demək olar ki, 250 mln. nəfərə çatır. MDB məkanında bu göstərici 10 mln.-dan çoxdur. Dövlət başçıları Şurası Düşənbədə razılaşdırılmış miqrasiya siyasəti haqqında Bəyannamə və MDB dövlətlərinin razılaşdırılmış miqrasiya siyasəti üzrə təkliflər haqqında Qərar qəbul edib. Bundan əlavə, Düşənbədə dövlət başçıları tərəfindən Birlik dövlətləri miqrasiya orqanları rəhbərlərinin Şurasının yaradılması haqqında qərar qəbul edilib. Şura miqrasiya proseslərinin nizamlanması sahəsində prioritet əməkdaşlıq istiqamətlərini müəyyən etməli, MDB çərçivəsində razılaşdırılmış miqrasiya siyasətini, miqrasiya sahəsində Birlik ölkələrinin milli qanunvericiliklərinin harmonizasiyası üçün vahid yanaşmaları hazırlamalı, mühacirlərin hüquqlarının və qanuni maraqlarının və s. təmin edilməsinə yardım etməlidir. Hazırda Şura tərəfindən əməkçi-mühacirlər və onların ailə üzvlərinin hüquqi satusu haqqında Konvensiya layihəsi tamamlanır. Şuranın birinci iclası bir müddət əvvəl Minskdə keçirilib. Onun sədri Rusiya Federasiyasının Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romadanovski olub. Suallara görə, Trend agentliyinə minnətdarlığımı bildirirəm və vəziyyətdən istifadə edərək, Azərbaycanın bütün vətəndaşlarına əmin-amanlıq və çiçəklənmə arzulayıram.

Xəbər lenti

Xəbər lenti