Mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və onun çox parlaq olacağına əminəm - Prezidenti Ilham Əliyev

Mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və onun çox parlaq olacağına əminəm - Prezidenti Ilham Əliyev

Azərbaycan Prezidenti Ilham Əliyevin "Interfaks" agentliyinə müsahibəsi

-Möhtərəm İlham Heydər oğlu, oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Siz bu gün ölkədəki vəziyyəti necə qiymətləndirərdiniz? Azərbaycanı nə gözləyir, bu barədə Sizin planlarınız necədir?

-Əvvələn, ölkənin inkişafının gələcəyini planlaşdırmaq üçün biz 2003-cü ildən bəri hesabat dövründə görülmüş işləri əsas götürməliyik. Dörd ildən bir qədər artıq müddətdə ölkədə sürətli iqtisadi yüksəliş müşahidə olunur. Son bir neçə ildə ÜDM-in artım sürətinə görə Azərbaycan dünyada liderdir, dörd ildə ÜDM 96 faiz artmışdır. Bu, bizə kifayət qədər maliyyə ehtiyatları toplamağa və fəal sosial siyasət yeritməyə imkan vermişdir. Bu sanballı rəqəmlərlə yanaşı, mənim üçün bəlkə də ən əhəmiyyətlisi odur ki, ötən dörd ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşmüşdür. Bu, ilk növbədə, onu göstərir ki, bizim apardığımız bütün islahatlar ən əvvəl vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Digər tərəfdən, Azərbaycanın neft və qaz hasil edən ölkə olduğunu nəzərə alsaq, bu fakt onu göstərir ki, neft satışından əldə edilən gəlirlər bərabər şəkildə bölüşdürülür. Əks halda, yoxsulluğun səviyyəsi nəinki azalmaz, hətta artardı. Biz praktik olaraq, işsizliyin aradan qaldırılması istiqamətində böyük uğurlar qazanmışıq. Son dörd ildə 650 mindən çox iş yeri yaradılmışdır ki, bunların da 450 mindən çoxu daimi iş yerləridir. 8,5 milyon əhalisi olan ölkə üçün bu, kifayət qədər yüksək göstəricidir. İri infrastruktur layihələri reallaşdırılır, bu gün neft strategiyasını uğurla həyata keçirən Azərbaycan öz neftini üç ölkənin - Rusiya, Gürcüstan və Türkiyə ərazisindən keçən üç boru kəməri vasitəsilə ixrac etmək imkanına malikdir. Bundan əlavə, Azərbaycan qazını tarixdə ilk dəfə dünya bazarına çıxaran kəmər inşa edilmişdir.

Sosial sahədə çox şeydən, investisiyalar, səhiyyə, təhsil barədə danışmaq olar. Son 4 ildə 1200 məktəb tikilmiş, onların hamısı kompyuterləşdirilmişdir. Səhiyyəyə, insanları narahat edən digər məsələlərə - infrastruktura, elektrik stansiyalarına, su, qaz kəmərlərinə, ekoloji proqramlara böyük vəsait qoyuruq. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onunla bağlı proqram olmasın.

Biz seçkilərə bu nəticələrlə gedirik. Mənim Prezident kimi deməyə, hesabat verməyə sözüm var. Mən verdiyim vədlərin hamısını yerinə yetirmişəm. Onu da deyim ki, bəzi vədlərim kimlərəsə real görünmürdü. Məsələn, 2003-cü ildə prezident seçkiləri ərəfəsində mən deyirdim ki, ölkədə 600 min iş yeri yaradılacaq. Çoxları təəccüblənirdi ki, beş il ərzində bunu etmək necə mümkün olacaq. Biz isə buna nail olduq. Mən demişdim ki, beş ildən sonra ölkəmizdə bir dənə də çadır düşərgəsi qalmayacaqdır. Həmin düşərgələrdə isə on minlərlə insan yaşayırdı. On iki çadır düşərgəsindən axırıncısı bu il ləğv edilmişdir, bütün qaçqın və məcburi köçkünlər yeni evlərə köçürülmüşlər.

Lakin bütün bunlar ötən müddətdə görülmüş işlərdir, bu gün isə biz artıq gələcək haqqında, ölkəmizin beş il sonra necə olacağı barədə fikirləşirik. Biz sadəcə, əhalinin maddi rifahının artırılması vəzifəsini qarşıya qoymuruq, inkişaf etmiş ölkəyə çevrilmək vəzifəsini qarşıya qoyuruq və buna nail olmaqdan ötrü potensial var. Əvvələn, intellektual potensial, ikincisi, iqtisadi potensial. Biz ölkəmizin enerji təhlükəsizliyi məsələsini tam həll etmişik və artıq başqa ölkələrin enerji təhlükəsizliyini də təmin edirik. Ən yaxın illərdə, - əvvəllər bu müddətin 20 il olacağını deyirdik, indi isə 10 il deyə bilərik, - enerji layihələrinin həyata keçirilməsindən yüz milyardlarla dollar gəlir gözləyirik. Bütün bunlar həm iqtisadi, həm də siyasi islahatları həyata keçirməyə, ölkəmizin beynəlxalq mövqelərini möhkəmlətməyə və gələcəyə inamla baxmağa imkan verir. Gələcəkdə biz Azərbaycanı inkişaf etmiş, demokratik dövlət kimi, insanların sülh, qarşılıqlı anlaşma və sosial ədalət şəraitində yaşadığı müasir dövlət kimi görürük. Mən Azərbaycanı belə bir ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi var, sabitlik var, cəmiyyət və iqtidar arasında birlik var. Əhalinin dəstəyi olmasaydı, bizim proqramların heç biri həyata keçirilə bilməzdi. Ölkəmizdə maliyyə ehtiyatları var, sabitlik var, qonşularımızla yaxşı münasibətlər yaratmışıq, bu da hər bir ölkə üçün vacibdir. Buna görə də mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və Azərbaycanın çox parlaq gələcəyinə əminəm.

-Çox maraqlı sual Azərbaycanın NATO-ya inteqrasiyasının mümkünlüyü ilə bağlıdır. Məlumat var ki, Siz Buxarestə, NATO-nun aprel sammitinə gedə bilərsiniz. Ümumiyyətlə, NATO-ya inteqrasiyanın mümkünlüyü mövzusu mövcuddur. Sizin buna münasibətinizi bilmək istərdik.

-Keçmiş SSRİ məkanındakı dövlətlərin bir çoxunun başçıları kimi, mən də NATO-nun Buxarestdə keçiriləcək sammitinə dəvət edilmişəm və orada iştirak etməyə hazırlaşıram. Bildiyimə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlərin başçıları da həmin zirvə toplantısında iştirak etməyi planlaşdırırlar. NATO-nun zirvə toplantısında əvvəllər də iştirak etmişəm və ümumiyyətlə, bu iştirak hansısa ölkənin həmin təşkilatın üzvü olmağa çalışmasının göstəricisi deyildir. Biz NATO ilə kifayət qədər çoxdan əməkdaşlıq edirik. Əvvəllər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq edirdik, indi isə fərdi tərəfdaşlıq planı mərhələsinə keçmişik. Biz Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edirik. Yaxın vaxtlara qədər bizim sülhməramlı kontingentimiz Kosovoda da iştirak edirdi, lakin həmin regionda siyasi vəziyyət dəyişəndən sonra parlament mənim təqdimatım əsasında sülhməramlı qüvvələrimizin Kosovodan geri çağırılması haqqında qərar qəbul etmişdir. NATO ilə əməkdaşlığımız kifayət qədər müsbət xarakter daşıyır. Bu əməkdaşlıq bizə bu sahədə islahatlar aparmağa imkan verir və əməkdaşlığın bugünkü səviyyəsi bizi qane edir.

Azərbaycan bunu əsas götürür ki, hər hansı təşkilatda üzvlük qarşılıqlı razılıq əsasında həyata keçirilməlidir, biz özümüzü kiməsə zorla qəbul etdirmək fikrində deyilik. Bizim Avropa İttifaqı ilə də əməkdaşlığımız səmərəlidir. Cənubi Qafqazın başqa ölkələri kimi, Azərbaycan da Avropa İttifaqının Yeni qonşuluq siyasəti proqramı çərçivəsində əməkdaşlıq edir. Avropaya inteqrasiya planı baxımından da, əgər bu təşəbbüs Avropa İttifaqı tərəfindən irəli sürülmüş olsa, əlbəttə, biz onu nəzərdən keçirəcəyik. Əks halda, özümüzü zorla qəbul etdirmək fikrində deyilik. Biz öz təhlükəsizliyimizi özümüz təmin edirik, biz həm iqtisadi, həm siyasi və həm də enerji baxımından özümüzü tam təmin edə bilən ölkəyik. Ona görə də biz bunu əsas götürürük ki, münasibətlər bərabərhüquqlu olmalıdır, qarşılıqlı hörmət və qarşılıqlı mənafelər əsasında qurulmalıdır. NATO ilə əməkdaşlığın səviyyəsi hazırda bizi qane edir. Sonra nə olacağını, dünyada hadisələrin necə inkişaf edəcəyini, bizim regionda hansı proseslər gedəcəyini qabaqcadan söyləmək çətindir. Buna görə də bugünkü vəziyyəti əsas götürsək, Azərbaycanın NATO-ya üzvlük məsələsi gündəlikdə deyildir.

-Siz hərbi məsələyə toxundunuz. Azərbaycan Silahlı Qüvvələrinin vəziyyətini necə qiymətləndirirsiniz? Mümkünsə, silah alınması barədə bir qədər məlumat almaq istərdik. Kifayət qədər böyük rəqəm səslənir, hərbi büdcə bir milyard dollara bərabərdir. Mən belə başa düşürəm ki, silah almaq planları elə bir mövzudur ki, o, bütün dünyada diqqəti cəlb edir.

-Bəzən bizim hərbi xərclər Azərbaycan büdcəsinin ümumi xərcləri kontekstindən çıxarılır ki, bu da o qədər də ədalətli yanaşma deyildir. Biz həmişə obyektivliyin tərəfdarıyıq. Deməliyəm ki, son dörd ildə Azərbaycan büdcəsinin xərcləri 10 dəfə artmışdır və bunun özü də nadir göstəricidir. Büdcəmiz 2003-cü ildəki 1 milyard 300 milyon dollardan artaraq, 2008-ci ildə icmal büdcə 12 milyard dollara çatmışdır. Bu ilin yazında biz büdcənin artırılması məsələsinə yenidən baxılması ilə bağlı parlamentə müraciət etməyi planlaşdırırıq. Buna görə də təəccüblü deyil ki, son dörd ildə Azərbaycanın hərbi xərcləri də əhəmiyyətli dərəcədə artmışdır. Sizin dediyiniz 1 milyard dollar 2007-ci ilə aiddir, 2008-ci ildə hərbi xərclər hələlik 1 milyard 300 milyon dollardır, lakin onu artırmağı planlaşdırırıq.

Beləliklə bu, obyektiv prosesdir. Təhsil sahəsində də eyni vəziyyəti müşahidə edirik, təhsilə bir milyard dollar sərf olunur, halbuki dörd il bundan əvvəl bu rəqəm xeyli az idi. Yəni bütün bunlar, təbii ki, ölkənin iqtisadi imkanlarının artması hesabına baş verir. Üstəlik, onu da nəzərə almalıyıq ki, biz Ermənistanla müharibə vəziyyətindəyik, torpaqlarımız işğal edilmişdir. On ildən artıq müddətdə apardığımız danışıqlar heç bir nəticə verməmişdir. Əlbəttə, mövqelərin hansısa şəkildə yaxınlaşması baxımından irəliləyiş olmasını söyləyə bilərik, mən heç də demirəm ki, danışıqlar prosesinin imkanları tamamilə tükənmişdir. Müəyyən müsbət məqamlar vardır, bəzi bəndlər üzrə biz irəliləyişə nail olmuşuq. İlk növbədə, Ermənistan başa düşmüşdür ki, Azərbaycanın işğal olunmuş bütün əraziləri azad edilməlidir və bu məsələ yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Düzdür, bəzi erməni siyasətçiləri danışıqlar prosesinin və münaqişənin tam həlli maketinin mahiyyətini təhrif etməyə çalışırlar, lakin bu maket belə olmalıdır: Azərbaycanın işğal edilmiş yeddi rayonu azad olunmalı, bütün qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalı və gələcəkdə Dağlıq Qarabağın statusu məsələsi həll edilməlidir. Bu statusun nədən ibarət olacağını isə gələcək göstərəcəkdir. Lakin biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda heç bir statusu qəbul etməyəcəyik. Düşdüyümüz vəziyyət, torpaqlarımızın işğal altında olması, əlbəttə ki, bizi hərbi xərcləri artırmağa məcbur edir və həmin xərcləri artırırıq. Bizim silah aldığımız ölkələr arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələr də var. Təbii ki, biz başqa ölkələrdən də texnika və silahlar alırıq. Bu yaxınlarda biz Müdafiə Sənayesi Nazirliyi yaratmışıq və hərbi təyinatlı məhsullar istehsal etməyə başlamışıq və bunu genişləndirəcəyik. Hazırda böyük maliyyə resurslarımızın olması, təbii ki, bizə yeni sahələr yaratmağa imkan verir. Biz metallurgiyada, alüminium sənayesində yeni sahə yaradırıq. Bu məqsədlərə bir neçə milyard dollar sərf ediləcəkdir. Başqa sahələrdə də bu proses başlanmışdır. Biz təhlükəsizliyimizi təmin edəcək güclü hərbi-sənaye kompleksi yaradırıq və yaradacağıq.

lham Heydər lu, çox sağ olun. Sonuncu sual. Hər halda, mümkünsə, BMT-nin qətnaməsini şərh edərdiniz.

-Biz bu qətnaməni Azərbaycanın növbəti diplomatik və siyasi uğuru hesab edirik. Ən böyük və önəmli beynəlxalq təşkilat olan BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməli olduğu prinsipləri bir daha təsdiq etmişdir: ərazi bütövlüyü, Ermənistan tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından qovulmuş bütün qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli. Yəni qətnamə beynəlxalq hüququn bütün norma və prinsiplərinə tamamilə uyğundur və mənim fikrimcə, danışıqlar prosesinin ruhunu, mahiyyətini tam əks etdirir. Biz qətnamənin qəbul olunacağına şübhə etmirdik və çox şadıq ki, o, qəbul edilmişdir. Əlbəttə ki, bizi dəstəkləmiş ölkələrin hamısına minnətdarlığımızı bildiririk. Avropa İttifaqına gəldikdə isə, bizə məlum olduğu kimi, Avropa İttifaqının üzvü olan ölkələr səsvermədə bitərəf qalmaq barədə razılaşdırılmış qərar qəbul etmişdilər. Bu ona görə baş vermişdir ki, Avropa İttifaqı digər məsələlər kimi, xarici siyasətlə bağlı məsələlərdə də yüksək intizama malikdir.

Lakin bizim əleyhimizə səs vermiş ölkələrin mövqeyi təəccüb doğurur. Xüsusən ona görə ki, bu ölkələr arasında Minsk qrupunun həmsədrləri, münaqişənin tənzimlənməsində vasitəçilik edən Fransa, Rusiya və ABŞ da var. Səsvermədən sonra bu ölkələrin rəsmi nümayəndələrinin verdikləri izahatlar müsbət xarakter daşıyır. Həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləmiş, onlar bir daha bəyan etmişlər ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırlar. Ümumiyyətlə, bu mövqe, əvvəldən də məlum idi. Lakin biz bu izahatları səsvermədə anlaşılmaz və mənim fikrimcə, düşünülməmiş addım nəticəsində Azərbaycan xalqının qəlbində qalmış xoşagəlməz hissləri bir qədər yumşaltmaq cəhdi hesab edirik. Mən belə hesab edirəm ki, həmin ölkələr vasitəçilər kimi bitərəf mövqe tutmalı idilər. Biz onların qətnamənin lehinə səs verəcəyini gözləmirdik və düşünürdük ki, onlar bitərəf qalacaqlar. Ona görə də indiki vəziyyətdə danışıqlar prosesinin gələcəyi həm də danışıqlar prosesinə cəlb edilmiş ölkələrlə vasitəçilər arasında etimadın səviyyəsindən asılı olacaqdır. Deməliyəm ki, qətnamənin əleyhinə səs verilməsi etimadı nəinki artırmamış, əksinə, ona ciddi xələl gətirmişdir. Qətnamə layihəsində danışıqlar prosesinin bütün bəndlərinin əks olunmaması kimi izahatlar isə tamamilə əsassızdır, belə ki, BMT-yə təklif olunmuş qətnamədə belə bir bənd var idi ki, biz Minsk qrupunun səylərini, tənzimləmə prinsiplərinə sadiqliyi dəstəkləyirik. Ona görə də bu cür dəlillər əsassızdır, onlar məsələdən xəbərdar olmayan adamlar üçün nəzərdə tutulmuşdur.

Lakin Minsk qrupu danışıqlar prosesinin ruhuna və müzakirə mövzusuna, daha dəqiq desək, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların öz yurdlarına qaytarılması, eləcə də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsinə heç vaxt etiraz etməmişdir. Əgər onlar danışıqlar prosesinin detallarını açıqlamaq istəyirlərsə, qoy bunu axıra qədər açıqlasınlar. Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa, 5 ildən, 10 ildən, 100 ildən sonra, hansısa plebisit yolu ilə və ya hər hansı başqa şəkildə ayrılması məsələsi heç vaxt danışıqların mövzusu olmamışdır və olmayacaqdır.

Səsvermə onu da göstərdi ki, həmsədr ölkələrdən bəziləri BMT-nin üzvləri arasında fəal lobbiçilik edərək və təbliğat apararaq, həmin ölkələri öz tərəflərinə cəlb etməyə çalışsalar da, bu cəhd baş tutmamışdır. Həmsədr ölkələr - dünyanın aparıcı ölkələridir, nüvə dövlətləri, BMT Təhlükəsizlik Şurasının üzvləridir. Kim onların mövqeyini dəstəklədi? Vanuatu? Yaxud Anqola? Bu, dünya ictimaiyyətinin əhval-ruhiyyəsinin göstəricisi, hər halda, dünyada haqq-ədalətin olmasının göstəricisi idi. Buna görə də mən bir daha demək istəyirəm ki, səsvermənin yekunları bizi qane edir. Biz bu mövqedən bircə addım da geri çəkilməyəcək və çalışacağıq ki, danışıqlar prosesi gələcəkdə müsbət məcrada getsin. Lakin əlbəttə, Ermənistanın mövqeyi, Ermənistan rəhbərliyinin sülh prosesinə nə dərəcədə sadiq olacağı məsələsində hələlik bizdə aydınlıq yoxdur. Ermənistan tərəfi qoşunların təmas xəttində vəziyyəti kəskinləşdirməklə dünya ictimaiyyətinin diqqətini bu ölkədə gedən daxili siyasi proseslərdən yayındırmağa cəhd göstərdi, lakin buna nail ola bilmədi. Ona görə də indi biz danışıqlar prosesi barədə müəyyən fikir deyə bilmərik. Çünki biz bilirik ki, indi Ermənistan cəmiyyətində parçalanma baş vermişdir, orada birlik, o cümlədən münaqişənin tənzimlənməsi məsələsi barədə fikir birliyi yoxdur. Belə şəraitdə biz, sadəcə olaraq, orada hadisələrin necə inkişaf edəcəyini və Ermənistanın rəhbərliyinin məsul qərarlar qəbul etməyə nə dərəcədə qadir olacağını müşahidə etməliyik. Lakin mən hesab edirəm ki, bu cür qərarlar qəbul etməyin vaxtıdır. Qarşıdurmanın nəticələrini və hər iki ölkənin inkişaf səviyyəsini nəzərə alsaq, bu qarşıdurmada kimin qalib gəldiyini söyləmək mübahisəli məsələdir.

Müharibə hələ qurtarmayıb, onun birinci mərhələsi başa çatıbdır. Lakin 1994-cü ildən bəri davam edən atəşkəs kimin real müstəqilliyi qoruyub saxlamağa, tərəqqi və inkişaf yoluna qədəm qoymağa nail olduğunu və kimin ölkəni xaosa, vətəndaş müharibəsinə sürüklədiyini, kimin öz xalqının qanını axıtdığını göstərdi. Qan üstündə hakimiyyətə gələnlər, bir qayda olaraq, elə qan tökməklə də hakimiyyətdən gedirlər. Ermənistanda istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra baş verən hadisələr həm də Ermənistanın Azərbaycana münasibətdə təcavüzkar işğalçılıq siyasətinin nəticəsidir. Əgər Qafqazda sülh olsaydı, əgər Ermənistan və Azərbaycan arasında müharibə vəziyyəti olmasaydı, yəqin ki, oradakı hadisələr başqa ssenaridə gedərdi. Hazırda iki ölkə arasındakı fərq bizim xeyrimizə artır, Ermənistanın və Azərbaycanın iqtisadi potensiallarını müqayisə etmək mümkün deyildir. Bu gün bizim iqtisadiyyatımızın həcmi Ermənistan iqtisadiyyatından, ən azı, dörd-beş dəfə böyükdür. Bu gün bizim valyuta ehtiyatlarımız təqribən 8 milyard dollardır və bu il ərzində minimum iki dəfə artacaqdır. Bizim inkişaf perspektivlərimiz var, müvafiq proqramlarımız var, dünya bazarlarına çıxışımız var və özü-özünü təcrid edən ölkə deyilik. Əlbəttə, hər bir ölkə öz yolunu özü seçir. Biz demokratiya yolunu, sosial ədalət, regionda inteqrasiya proseslərinin inkişafı yolunu seçmişik və bu yolla uğurla irəliləyirik. Ermənistan isə təcridçilik, təcavüz, başqasının ərazilərini işğal etmək, beynəlxalq hüququn prinsiplərini pozmaq yolunu, etnik təmizləmə siyasətini seçmişdir. Bunun nəticəsinin nə olduğunu özünüz görürsünüz. Əgər onlar Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törətmişdilərsə, Yerevanda seçkilərdən sonra erməni xalqının özünə qarşı cinayət törətdilər.

-Müsahibəyə görə çox sağ olun.

-Sağ olun.

Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Xalq Bank Visa tərəfindən mükafata layiq görüldü
Xalq Bank Visa tərəfindən mükafata layiq görüldü
Visa ABB-ni mükafatlandırıb
Visa ABB-ni mükafatlandırıb
Loading Bars
Xəbər lenti
Fransada ötən gün koronavirusa 500 mindən artıq yoluxma qeydə alınıb
İsrail prezidenti BƏƏ-yə səfər edəcək
Dünyada koronavirusa yoluxanların sayı 350 milyonu keçib
İstanbul hava limanının bağlı qalacağı müddət uzadılıb
Koronavirusa yoluxma hallarında artım davam edə bilər - Vaksin olunmaq əsas çıxış yoludur
Bakıda Hindistanın Milli Turizm Günü qeyd olunub (FOTO)
Elton Con koronavirusa yoluxub
Hazırda Azərbaycan-İran əməkdaşlığı daha dinamik və genişlənən xətt üzrə gedir - TƏHLİL
"Ana" tropik fırtınası Afrikanın cənub-şərqində 46 nəfərin ölümünə səbəb olub
İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi
Saatlıda telefon satışı mağazasında yanğın olub
Türkiyədə "Pfizer" preparatından sonra "buster" doza olaraq "Turkovac" peyvəndi vurulacaq
Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Qubada ikimərtəbəli ev yanıb
Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)
Yaponiyada pilotsuz konteyner gəmisi iki liman arasında səfəri uğurla başa vurub
İspaniyada saxta "COVID pasportu" satan şəxslər saxlanılıb
İctimai nəqliyyatda karantin qaydalarını pozan 20-dən çox şəxs cərimələnib (FOTO)
Gömrük Sərnişin Məlumat Mərkəzinin açılış mərasimi keçirilib (FOTO)
Azərbaycanda koronavirusun yeni ştammına yoluxanların sayında artım davam edir - RƏSMİ
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Ümid edirik ki, Azərbaycandan Hindistana gedən turistlərin sayı artacaq - Səfir (FOTO)
Həyat yoldaşını güllələyən polisin işi yenidən istintaqa göndərilsin - Zərərçəkmiş
Dələduzluqda təqsirləndirilən qadına hökm oxundu
İranla Azərbaycan arasında tikiləcək yeni körpü yükdaşımaların artımına xidmət edəcək - Şahin Mustafayev
Astaraçay üzərində tikiləcək körpü İran və Azərbaycan arasında traniziti artıracaq
Azərbaycanın Avroviziyada iştirak tarixi məlum olub
Ermənistanda siyasi fraqmentasiya dərinləşir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb
“Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib (FOTO)
Sumqayıtın bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2468 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Astaraçay üzərində yeni körpünün təməli qoyulub (FOTO)
Magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi planlaşdırılır - DİM
Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi üçün qanunvericilik təkmilləşdirilir
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
İmişlidə "patı" satanlar saxlanıldı (FOTO)
Buraxılış imtahanları bir mərhələdə keçiriləcək - DİM
Karantin müddəti bitsə də, koronavirusu ağır keçirənlərin çölə çıxması məsləhət deyil - Həkim
Bakıda daha bir küçə yenidən təmir edilib (FOTO/VİDEO)
QHT Agentliyi rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb (FOTO)
"Pfizer/BioNTech" "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb
Ötən il Azərbaycana 17 milyon dozaya yaxın COVİD vaksini gətirilib
Abituriyentlər imtahanların dəqiq tarixinə fikir verməlidir - DİM
Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib
Ermənistan - Azərbaycan sərhədinin demarkasiyası silahlı münaqişələri dərhal aradan qaldıra bilər - KTMT-nin sabiq baş katibi
Dayanma, durma və parklanma ilə bağlı yeni cərimələr parlamentdə müzakirə ediləcək
Narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb (FOTO)
Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq
Bu il Azərbaycana 80 min doza "Sputnik V" vaksini gətiriləcək (ÖZƏL)
İran şirkəti Azərbaycanda sənaye parkının rezidenti ola bilər
Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)
AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub (FOTO)
“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib (FOTO)
MB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiq edilib
FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib (FOTO)
Komando hərbi hissəsində təlim-məşqləri keçirilib (FOTO/VİDEO)
DİN polis qeydiyyatında olan vətəndaşların qeydiyyatlarının ləğvi ilə bağlı söz - söhbətlərə aydınlıq gətirib
Şərhlərdə söyüş yazanlar cərimə oluna bilər
SOCAR AQŞ İraq Qazma Şirkətinin nümayəndə heyəti ilə görüşüb
Bakı-İstanbul və İstanbul-Bakı üzrə -ın bütün reysləri sabah günün birinci yarısına keçirilib
Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb (FOTO)
“DOST İş” Mərkəzi 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib
Bakıda daha 175 sürücü qanunsuz parklanmaya görə cərimələnib (FOTO/VİDEO)
Tağıyevin heykəlinə zərər vuranlar həbs olunub
“BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır - Kaspersky
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu qaliblərlə görüşüb (FOTO)
Azərbaycan televiziya kanalları HD formatda yayıma başlayacaq
Prezident İlham Əliyev: Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq
Prezident İlham Əliyev: Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar
İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlandı
İranla Azərbaycan arasında yeni avtomobil körpüsünün tikintisi ilin sonuna kimi başa çatacaq - Şahin Mustafayev
Azərbaycan MDB sazişinə dəyişikliklər barədə Protokolu qeyd-şərtlə təsdiqləyib
Xaçmaz RİH başçısı Elnur Rzayevin Şəhidlər xiyabanından qovulması ilə bağlı məlumatlar əsassız və qərəzlidir - İcra Hakimiyyəti
28 il sonra misli ilə alınan qisas - Qəhrəman hərbçilərimiz Daşaltıda şəhidlərimizi andı (FOTO/VİDEO)
Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb
İtkin düşən Tərtər sakini axtarılır
Azərbaycan və İran arasında Astaraçay üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb (FOTO)
Xəzərin suyu niyə sürətlə azalır?
Azərbaycan ərəb ölkələrinə zəfəran ixrac edəcək (FOTO/VİDEO)
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib
Qərbi Makedoniya Universitetinin nümayəndə heyəti ADNSU-da görüşlərə başlayıb (FOTO)
Ötən il "TikTok" blogerləri iri şirkət rəhbərlərindən daha çox qazanıb
Ağır yaralanan qazilərə 264 əməliyyat həyata keçirilib - Travmatoloq
İstanbul hava limanı bu tarixədək bağlı qalacaq
Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs saxlanılıb
Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir
“Qarabağ”ın oyunu təxirə salındı
Bakıda müəllimi döyən şəxs saxlanıldı - RƏSMİ
Bakıda polislər özünü dənizə atan şəxsi xilas edib
Bu gün Azərbaycan və İran arasında yeni avtomobil körpüsünün inşasına başlanılır
Bu dəyərlərin yetişən gənc nəsil arasında təbliği olduqca vacibdir - Şahin İsmayılov
Yanvarın 27-dən hava şaraiti dəyişəcək - Umayra Tağıyeva
Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası ilə bağlı işlər başa çatmaq üzrədir - Nazir müavini
Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Bütün xəbərlər