Belçika, Brüssel, 25 mart / Trend ,müxbir K.Konırova/ Ukrayna gələcək yolu barəsində özü qərar qəbul etməlidir. Bu barədə NATO nümayəndəsi Brüsseldə jurnalistlərə məlumat verib.
"NATO ictimai rəyin araşdırılması üzrə agentlik deyil. NATO yeni üzvlər axtarmır və biz Ukraynanı sıralarımıza qatılmağa çağırmırıq. Bizim prinsipimiz: Alyansa daxil olmaq istəyən və NATO -ya üzvlük standartlarına riayət edən, istənilən Avropa demokratiyasına qapılarımızı açmaqdır" - deyə adının gizli saxlanılmasını istəyən, Rusiya və Ukrayna qarşılıqlı əlaqə məsələləri üzrə NATO-nun şöbə nümayəndəsi bildirib.
Hazırda Ukraynanın MAR üzvlüyü haqqında, hərəkət planının müzakirələri gedir, hərbi diplomat davam edərək bilirib. "Bu plan daha cəmlənmiş təhlillərə və konkret üsullara nail olmağa yol açacaq" - deyə NATO nümayəndəsi əlavə edib ki, "MAP planı avtomatik üzvlük demək deyil"
Aprel ayının 4-də Buxarestdə keçirilən NATO-ya üzv-ölkələrin və dövlət başçılarının sammitində Ukraynaya bu planın təqdim olunması məsələsi müzakirə mövzusu olacaq. "Ukraynaya bu planı təqdim edək, yaxud gələcəyə saxlayaq, hələlik bu qərarın nəticəsini bilmirik" - deyə o, yekunlaşdırıb.